DÜŞMƏN CAVAB ATƏŞİ İLƏ SUSDURULMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 2-də saat 20:45-dən 21:00-dək Tərtər rayonunun işğal olunmuş Cerabert kəndinin bir kilometr cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.