Duvan Zapatanın qolu sayəsində “Atalanta” səfərdə “Yuventus”dan üstün olub
Bakı, 28 noyabr, AZƏRTAC
Futbol üzrə İtaliya A Seriyasının 14-cü turunun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, “Alianz” stadionunda cari mövsüm uğursuz oyunları ilə diqqət çəkən “Yuventus” klubu öz meydanında “Atalanda” komandasını qəbul edib.
Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1.
Berqamo təmsilçilərinin yeganə qolunun müəllifi əsas qol silahı Duvan Zapata olub.
Bu qələbə sayəsində “Atalanta” xal etiyatını 28-ə çatdıraraq dördüncü yerdəki yerini möhkəmlədib. “Yuventus” isə 21 xalla səkkizinci yerdə qərarlaşıb.
Turun ilk oyun günündə “Empoli” doğma azarkeşlər önündə “Fiorentina”nı (2:1), “Sampdoriya” isə “Verona”nı məğlub edib (3:1).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]