Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarının ikinci raundu keçirilir
Moskva, 4 fevral, AZƏRTAC
Rusiya və Ukrayna 4-5 fevral tarixlərində Əbu-Dabidə keçiriləcək sülh danışıqlarının ikinci raundunda iştirak edəcəklərini təsdiqləyiblər.
AZƏRTAC xəbər verir ki, Rusiyanın nümayəndə heyətinə yenidən Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş idarəsinin rəisi İqor Kostyukov rəhbərlik edir, Ukrayna tərəfini isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun rəhbərlik etdiyi qrup təmsil edir. Əvvəllər elan edilmiş “minimal iştiraka” baxmayaraq, Amerika tərəfini ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Ağ Evin məlumatına görə, 4 fevralda danışıqlarda iştirak edəcək Cared Kuşner təmsil edirlər. TASS xəbər verir ki, danışıqlar müxtəlif formatlarda keçirilir.
Əvvəlki raund 23-24 yanvar tarixlərində baş tutub və ərazi məsələsində heç bir görünən güzəşt olmadan başa çatıb, baxmayaraq ki, Rusiya mənbələri təmasları səmərəli adlandırıblar. Görüşdən sonra hərbçilərin cəsədlərinin mübadiləsi barədə məlumat yayılıb: Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin sözlərinə görə, Moskva Kiyevə 1000, Ukrayna tərəfi isə Rusiyaya 38 cəsəd təhvil verib. Elə həmin gün Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinə mübadilələrə vasitəçilik etdiyinə görə təşəkkürünü bildirib.
Ekspertlər hesab edirlər ki, yeni raund üçün gözləntilər orta səviyyədə olmalıdır. Onların fikrincə, Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib və bu, mümkün bufer zonalarının parametrləri, atəşkəs razılaşmalarına riayət olunmasının monitorinqi və eskalasiya riskləri daxil olmaqla hərbi və texniki məsələlərin prioritet olmasını göstərir. Ərazi məsələləri və Ukraynanın Avropa təhlükəsizlik sistemindəki gələcək statusu kimi fundamental mövzular, çox güman ki, daha yüksək səviyyədə müzakirə olunacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [16:13]
Ukraynaya cari ildə ilk ABŞ mayeləşdirilmiş təbii qazı çatdırılıb
- 04.02.2026 [16:09]
Fransa Nuuka baş konsul təyin edib
- 04.02.2026 [16:05]
İsrailli alimlər dərinin immun sistemində aktiv rolunu üzə çıxarıb
- 04.02.2026 [16:03]
ABŞ dövlət həbsxanalarında daha təhlükəli və amansız şərait yaranıb
- 04.02.2026 [15:55]
Moldova hökuməti Ukraynaya enerji və tibbi avadanlıqlar göndərir
- 04.02.2026 [15:48]
İrakli Kobaxidze: ABŞ ilə strateji tərəfdaşlığımızı yeniləmək istəyirik
- 04.02.2026 [15:44]
Pakistan ilə Qazaxıstan arasında 30-dan çox sənəd imzalanıb
- 04.02.2026 [15:20]