Əcnəbi tələbələr hər il Türkiyə iqtisadiyyatına 3 milyard dollar qazandırır
Ankara, 1 sentyabr, AZƏRTAC
Türkiyə ali təhsil müəssisələrində təhsil alan xarici vətəndaşların sayına görə dünyada yeddinci yerdədir. Xarici tələbələrin Türkiyə iqtisadiyyatına töhfəsi ildə 3 milyard dollar dəyərində qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar bildirib. Onun sözlərinə görə, bu gün Türkiyədə dünyanın 198 ölkəsindən təxminən 350 min nəfər təhsil alır.
YÖK rəhbəri Türkiyədə xarici tələbələrin hüquqlarının pozulmazlığının vacibliyini vurğulayaraq, onları ölkələr və xalqlar arasında “gələcəyin dostluq mədəniyyət körpüsü” adlandırıb.
“Əcnəbilərin Türkiyə universitetlərinə üstünlük verməsinin başlıca səbəbi münasib qiymətlərlə keyfiyyətli təhsil almaq imkanıdır”, – deyə E. Özvar qeyd edib.
Bununla yanaşı, o, ölkədəki ümumi xarici tələbələrin cəmi beş faizinin – təxminən 15 min nəfərin – təqaüd proqramı ilə təhsil aldığını bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]