Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədəbiyyat İnstitutunun direktor müavini: Rəqəmsal mühit bizim üçün də qaçılmaz reallıqdır MÜSAHİBƏ

Ədəbiyyat İnstitutunun direktor müavini: Rəqəmsal mühit bizim üçün də qaçılmaz reallıqdır  MÜSAHİBƏ

Bakı, 14 mart, Gözəl Ağayeva, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu öz elmi məktəbləri ilə ölkəmizdə mühüm tədqiqat mərkəzlərindən biri kimi tanınır. Bu institutun tarixi 1933-cü ilə – yəni SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsində Ədəbiyyat sektorunun yaradılmasına gedib çıxır. O zaman tənqidçi və ədəbiyyatşünas Əli Nazimin rəhbərlik etdiyi Ədəbiyyat sektoru ilə gələcəkdə yaradılacaq Ədəbiyyat İnstitutunun əsası qoyulub. AMEA-nın 80 illik yubileyi çərçivəsində AZƏRTAC-ın müxbiri Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli ilə söhbətləşib.

Mehman Həsənli bildirib ki, Ədəbiyyat İnstitutu istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan ədəbiyyatşünaslığının əsas mərkəzi kimi öz vəzifələrini daim yerinə yetirib, burada sanballı tədqiqat işləri aparılıb. İnstitutun 1982-ci ildə “Xalqlar dostluğu” ordeni ilə təltif edilməsi Azərbaycan ədəbiyyatşünaslarının zamanına görə qazandığı böyük nailiyyət sayılır.

“Əlbəttə ki, əsas istiqamət Azərbaycan ədəbiyyatının tədqiq olunmasıdır. Bu baxımdan institutun şöbələrində folklordan tutmuş müasir ədəbi prosesə qədər tədqiqat işləri həyata keçirilir və nəşrlər ərsəyə gətirilir. Eyni zamanda, Ədəbiyyat nəzəriyyəsi, Uşaq ədəbiyyatı, Mətbuat tarixi və publisistika, Ədəbi tənqid şöbələri var ki, bunlarda konkret sahələr üzrə elmi araşdırmalar aparılır. Tədqiqat işlərində, həmçinin dünyadakı ədəbi proseslər təhlil edilir, müqayisələr aparılır”, - deyə direktor müavini qeyd edib.

Ədəbiyyat İnstitutunda əksər türk xalqlarının ədəbiyyatı ilə bağlı tədqiqatlar aparılır

Müsahibimiz diqqətə çatdırıb ki, Ədəbiyyat İnstitutunun ikinci mühüm istiqaməti türk xalqları ədəbiyyatı və dünya ədəbiyyatının öyrənilməsidir. Bu baxımdan Türk xalqları ədəbiyyatı və Azərbaycan-Özbəkistan-Türkmənistan ədəbi əlaqələri şöbələrində tədqiqatlar aparılır. İnstitutda Əlişir Nəvai adına Özbək Ədəbiyyatı Mərkəzi, Mehmet Akif Ərsoy adına Türkiyə Ədəbiyyatı Mərkəzi və Məhtimqulu Fəraqi adına Türkmən Ədəbiyyat Mərkəzi fəaliyyət göstərir. İnstitutun şöbə və mərkəzlərində əksər türk xalqlarının ədəbiyyatı tədqiqata cəlb olunur.

“Prezident İlham Əliyevin dediyi kimi, bizim bir ailəmiz var, o da Türk dünyasıdır. Bu baxımdan Ədəbiyyat İnstitutu da Türk dünyası ədəbiyyatının araşdırılmasını əsas missiya kimi qarşıya qoyub. Ədəbiyyat İnstitutunda Yusif Balasaqunlu, Yunis Əmrə, Əlişir Nəvai, Məhtimqulu Fəraqi, Abay, Mehmet Akif Ərsoy, Qabdulla Tukay, Çingiz Aytmatov və Türk dünyasının digər böyük ədəbi şəxsiyyətləri ilə bağlı konfranslar keçirilib, monoqrafiya və kitablar nəşr edilib. Bu tədqiqatların nəticəsi kimi qarşıda əsas məqsədimiz üçcildlik Türk xalqları ədəbiyyatı tarixinin yazılmasıdır. Artıq plan-prospekt hazırlanıb və ilk cildin də yazılmasına başlanılıb”, - deyə müsahibimiz bildirib.

Direktor müavini diqqətə çatdırıb ki, institutda dünya ədəbiyyatı istiqaməti üzrə iki şöbə fəaliyyət göstərir: “Sovet dövründə dünya ədəbiyyatı deyəndə əsasən Qərb nəzərdə tutulur və Şərqin böyük bir ədəbiyyatı diqqətdən kənarda qalırdı. Həmin boşluğun aradan qaldırılması üçün Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsi yaradılıb. Bu şöbədə yapon, Çin, Pakistan, Cənubi Koreya, Vyetnam, İndoneziya və digər Asiya xalqlarının ədəbiyyatı öyrənilir. Artıq dissertasiya işləri yazılıb və kitablar da nəşr olunmaqdadır”.

“Məqsədimiz AMEA-nın yubiley ilində Azərbaycan ədəbiyyatı tarixinin oncildliyini tamamlamaqdır”

Azərbaycan ədəbiyyatı tarixinin yazılmasının institutunun mühüm missiyalarından biri olduğunu deyən həmsöhbətimiz tarixən bu prosesin necə getdiyinə də diqqət çəkib: “Ötən əsrin 40-cı illərində Ədəbiyyat İnstitutunda ikicildlik, 60-cı illərdə üçcildlik ədəbiyyat tarixi yazılıb. Hazırda isə 10 cildlik Azərbaycan ədəbiyyatı tarixi yazılır. Onun 7 cildini tamamlamışıq. Son üç cildin üzərində işlər davam etdirilir. Məqsədimiz akademiyanın yubiley ilində bu oncildliyi tamamlamaqdır”.

Görkəmli sənətkarlarımızın həyat və yaradıcılığına qayıdış

Direktor müavini bildirib ki, Ədəbiyyat İnstitutunun çoxcildlik nəşrlərindən biri də “Sənətkarın elmi pasportu” seriyasıdır: “Yüz cilddə nəzərdə tutduğumuz bu seriyadan 60 kitab nəşr olunub. “Sənətkarın elmi pasportu” görkəmli sənətkarlarımızın həyat və yaradıcılığına yenidən qayıdış zərurətindən meydana çıxıb. Bu silsilədə Azərbaycan ədəbiyyatının, digər türk xalqları ədəbiyyatının ən görkəmli şəxsiyyətləri, onların həyat və yaradıcılıqları haqqında əsərlər çap olunur”.

Ensiklopediyalar, silsilə nəşrlər

Mehman Həsənli institutun fəaliyyətindən danışarkən ensiklopedik nəşrlərə də diqqət çəkib: “Molla Nəsrəddin” ensiklopediyası artıq nəşr edilib. AMEA-nın hazırladığı Qərbi Azərbaycan ensiklopediyasının ədəbiyyat istiqaməti üzrə sözlüyü bizim kollektiv tərəfindən hazırlanıb. Bundan başqa, Mirzə Fətəli Axundzadə ensiklopediyasını tamamlamışıq və yaxın zamanda çap olunacaq. Nizami Gəncəvi ensiklopediyası üzərində tədqiqat işləri davam etdirilir”.

Həmsöhbətimiz, həmçinin xatırladıb ki, institutun artıq 10 kitabı nəşr olunan “Füzuli kitabxanası” seriyası ötən il X Bakı Beynəlxalq Kitab Sərgisində “Ən yaxşı kitab” nominasiyası üzrə qalib olub. Bu seriyada görkəmli alimlərimizdən Mir Cəlal Paşayevin, Həmid Araslının, Məmməd Cəfər Cəfərovun, eləcə də hazırda tədqiqat aparan füzulişünas alimlərin əsərləri işıq üzü görüb.

“Ədəbiyyat İnstitutunda, həmçinin “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyası nəşr edilir. Bu seriyanın kitablarının 25 cilddə olması nəzərdə tutulur. Mühacirət ədəbiyyatı bizim həssas nöqtələrimizdən biridir, çünki o irs sovet dövründə qadağan olunduğu üçün araşdırılmayıb. Əsas məqsəd mühacirət ədəbiyyatı kitabxanasında həmin irsi ilk növbədə toplamaq, nəşr etmək, onun üzərində tədqiqatlar aparmaqdır”, - deyə M.Həsənli bildirib.

Elmi müəssisənin fəaliyyətində müasir ədəbi prosesin daim diqqətdə saxlandığını deyən müsahibimiz bu ənənənin əsasının ötən əsrin 60-70-ci illərində qoyulduğunu, 90-cı illərədək davam etdirildiyini söyləyib. Qeyd edib ki, institutda 2013-cü ildən etibarən bu istiqamət daim diqqət mərkəzindədir və indiyədək 11 kitabda ardıcıl şəkildə öz əksini tapıb.

M.Həsənlinin sözlərinə görə, institutun “Azərbaycan ədəbiyyatşünaslığı”, “Poetika.izm”, “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalları da bu elmi müəssisədə aparılan tədqiqatların elmi-ədəbi ictimaiyyətə çatdırılması baxımından mühüm nəşrlərdir. “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı Türkiyənin “DergiPpark” sistemində indekslənib və humanitar sahədə yeganə jurnaldır ki, o sistemdə də nəşr olunur. İnstitutda dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin tədqiqi və təbliği istiqamətində geniş işlər görülür. Bu baxımdan “Nizami Gəncəvi almanaxı”nın təsis edilərək ardıcıl nəşr edilməsi mühüm əhəmiyyətə malikdir.

Klassik, ənənəvi elmdən rəqəmsal mühitə inteqrasiya

İnstitutun direktor müavini müasir dövrün tələblərinə uyğun olaraq, elmi müəssisənin fəaliyyətində rəqəmsallaşma ilə bağlı görülən işlərdən də söhbət açıb: “Bu il Azərbaycan Prezidentinin Fərmanı ilə ölkəmizdə Rəqəmsal İnkişaf Konsepsiyası təsdiqlənib. AMEA-da, o cümlədən Ədəbiyyat İnstitutunda bununla bağlı mühüm işlər həyata keçirilir. Əsas məqsədlərimizdən biri klassik, ənənəvi elmdən rəqəmsal mühitə inteqrasiyadır. İnstitutumuzun müxtəlif akademik platformalarda təmsil olunması, indekslənmə sistemlərində öz profilini təkmilləşdirməsi istiqamətində ardıcıl işlər görülür. Əməkdaşlarımızın məqalələrinin daha yüksək indeksli bazalarda çap olunmasının təşkil edilməsi bizim üçün prioritetlərdən biridir. Təsadüfi deyil ki, AMEA-nın Rəyasət Heyətində Elektron Akademiya fəaliyyət göstərir. Bütün akademiya üzrə, o cümlədən Ədəbiyyat İnstitutunun məqalələri DOI ilə təmin olunur ki, bu da tədqiqatlarımızın beynəlxalq miqyasda daha da əlçatanlığına, rəqəmsal mühitə inteqrasiyasına xidmət edir. Təbii ki, klassik mənada kitablar, nəşrlər öz fundamentallığını və əhəmiyyətini hər zaman saxlayacaq. Lakin rəqəmsal mühit bizim üçün qaçılmaz reallıqdır. Əsas məsələlərdən biri də zəngin tədqiqat bazamızın rəqəmsal mühitə inteqrasiyasıdır. Bu bizim üçün çox vacib suallardan biridir. Alimlərimiz var ki, onların 30-40 il əvvəl çap olunmuş fundamental kitablarının bu gün də elmi ictimaiyyətə çatdırılması zəruridir. Ona görə də biz Rəyasət Heyətinin Elektron Akademiya şöbəsi ilə birlikdə bunun üzərində işləyirik.

Təbii ki, müxtəlif akademik sosial şəbəkələr mövcuddur. Biz alimlərə təşviq edirik ki, o sosial platformalarda fəal olsunlar, məqalələrini, kitablarını təqdim etsinlər. Amma daha uyğunu özümüzün platformamızın yaradılmasıdır. Düşünürəm ki, yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq və biz bütün elmi irsimizi öz tərəfimizdən yaradılan platformada təqdim edə biləcəyik”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO