Efiopiyada kəndə hücum edən naməlum silahlılar 30 nəfəri qətlə yetirib
Bakı, 1 aprel, AZƏRTAC
Efiopiyanın Oromiya regionunun qərbində yerləşən kəndlərin birinə silahlıların hücumu zamanı 30 nəfər qətlə yetirilib, 15 nəfər isə yaralanıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, həlak olanların etnik amharalar olduğu bildirilir.
Yerli hakimiyyət orqanları hücumda hərbiləşdirilmiş Oromo azadlıq ordusunu günahlandırır. Lakin qruplaşma dinc siyasi mübarizəyə sadiq qaldığını bildirərək hücumla bağlılıqlarını inkar edib.
Qeyd edək ki, Oromo say etibarilə Efiopiyanın ən böyük, Amhara isə ikinci etnik qrupudur. Amhara və Oromiya regionları ümumi sərhədlərə malikdir. Son aylar ərzində bu etnik qruplar arasında barışmaz qarşıdurma və gərginlik xeyli artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]