Əfqanıstanda daşqınlar daha 6 nəfərin həyatına son qoyub
Bakı, 26 fevral, AZƏRTAC
Əfqanıstanın cənubunda yerləşən Hilmənd əyalətində güclü yağışlar daşqınlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, təbii fəlakət nəticəsində azı altı nəfər həlak olub, beş nəfər isə xəsarət alıb.
Əyalətin İnformasiya və Mədəniyyət Departamentinin direktoru Hafiz Əbdül Bari Rəşidin sözlərinə görə, təbii fəlakət Qaraşk, Sangin, Musa-Qala, Nəvzad, Babaci rayonlarına və əyalətin administrativ mərkəzi olan Ləşkərgaha ciddi zərər vurub.
Dünən isə Qəndəhar və Fərah əyalətlərində leysan yağışlarının səbəb olduğu daşqınlar 29 nəfərin ölümü, bir neçə nəfərin isə yaralanması ilə nəticələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]