Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində altı hərbçi həlak olub
Bakı, 7 aprel, AZƏRTAC
Əfqanıstanda “Taliban” hərəkatının hərbi düşərgəyə hücumu nəticəsində hökumət qüvvələrinin azı 6 əməkdaşı həlak olub.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, insident aprelin 7-nə keçən gecə Tahar əyalətində baş verib.
Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, döyüşlər nəticəsində, həmçinin səkkiz silahlı da öldürülüb.
Xatırladaq ki, ABŞ və “Taliban” fevral ayının sonlarında Qətərdə sülh sazişi imzalayıblar. Sazişə əsasən Birləşmiş Ştatlar və onun müttəfiqləri 14 ay ərzində bütün qoşunları Əfqanıstandan çıxarmalıdır. O cümlədən “Taliban” hərəkatı və Əfqanıstan hökuməti arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]