Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində səkkiz polis əməkdaşı həlak olub
Bakı, 5 iyun, AZƏRTAC
Əfqanıstanın Baqlan əyalətində “Taliban” hərəkatı silahlılarının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı səkkiz əməkdaşı həlak olub.
AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, ölənlər arasında əyalətin iki rayonunun polis rəisləri də var.
Məlumata görə, hücum cümə günü axşam baş verib, lakin güc strukturlarının əməldaşları ilə taliblər arasında toqquşma şənbə günü səhərədək davam edib. “Taliban” hərəkatının nümayəndəsi Zabiulla Mucahid toqquşmalar haqqında informasiyanı təsdiqləyib və on nəfərin öldüyünü, 8 nəfərin yaralandığını bildirib.
Xatırladaq ki, ABŞ və “Taliban” ötən ilin fevralında Qətərdə sülh sazişi imzalayıblar. Sazişə əsasən Birləşmiş Ştatlar və onun müttəfiqləri 14 ay ərzində bütün qoşunları Əfqanıstandan çıxarmalıdırlar. Həmçinin “Taliban” hərəkatı və Əfqanıstan hökuməti arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:14]