Əhməd bəy Ağaoğlunun ictimai fəaliyyətini əks etdirən yeni nəşr
Bakı, 30 may, AZƏRTAC
“Əhməd bəy Ağaoğlu. Qafqazda milli məsələ. Məqalələr və sənədlər toplusu” çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, topluya daxil olan sənədlər və materiallar Ə.Ağaoğlunun XX əsrin əvvəllərində, xüsusilə 1905-1906-cı illər erməni-azərbaycanlı münaqişəsi zamanı fəaliyyətini əhatə edir.
Kitaba Ə.Ağaoğlunun Qafqazda milli məsələyə və müsəlman xalqlarının problemlərinə, 1905-1906-cı illər münaqişəsinə dair məqalələri, Ə.Ağaoğlunun dindirilmə protokolu, onun məktubları, çıxışları və s. daxil edilib.
Azərbaycan və rus dillərində nəşr olunan toplunun tərtibçisi, ön sözün, qeyd və şərhlərin müəllifi AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:49]
Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili - elmi konfrans
- 18.06.2026 [12:31]
UNEC dünyanın ən yaxşı 634-cü universitetidir
- 18.06.2026 [11:53]
Təcrübə-Sənaye Zavodu Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
- 18.06.2026 [11:32]