ƏKİNÇİLİK İNSTİTUTU BEYNƏLXALQ ƏLAQƏLƏRİNİ GENİŞLƏNDİRİR
Azərbaycan Əkinçilik İnstitutundan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, burada işlənilən problemlər üzrə MDB-nin bütün baş institutları, xarici ölkələrin müvafiq tədqiqat mərkəzləri və beynəlxalq elm mərkəzləri ilə əlaqələr saxlanılır. Bitkilərin fiziologiyası, sitogenetika, radiobiologiya, biokimya, məhsuldarlıq prosesinin modelləşdirilməsi, gen və hüceyrə mühəndisliyi, biotexnologiya və digər sahələr üzrə yeni tədqiqat üsullarını öyrənib tətbiq etmək və birgə tədqiqatlar aparmaq məqsədi ilə institutun 100-dən artıq əməkdaşı müxtəlif elm mərkəzlərində uzunmüddətli ezamiyyətlərdə olmuşlar. Azərbaycan alimləri elmi tədqiqat işlərini Moldova, Qazaxıstan, Tacikistan, Özbəkistan, Gürcüstan və Baltikyanı respublikaları elmlər akademiyalarının müvafiq institutları, habelə Macarıstan Taxıl və Aqrobiologiya, Bolqarıstan Buğda və Günəbaxan institutları ilə birlikdə aparırlar. Azərbaycan aqrarçılarının elmi axtarışları ilə tanış olan beynəlxalq mərkəzlərin və müxtəlif ölkələrin elmi tədqiqat mərkəzlərinin görkəmli alimləri akademik Cəlal Əliyevin rəhbərliyi altında aparılan və elmi cəhətdən əsaslandırılmış kompleks seleksiya işlərini, genofondu, toxumçuluğu, yeni sortlar yaradılmasını, onların ekoloji sınağının təşkilini, istehsalata tətbiqini yüksək qiymətləndirərək, bu işlərin bənzərsiz olduğunu vurğulayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]