“Eko-park”da bitkilərin generativ yolla artırılması həyata keçirilir
Bakı, 14 mart (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Ekologiya İdarəsinin “Eko-park”ının ərazisində yerləşən ümumi sahəsi 5 min kvadratmetr olan qapalı şitilxanada bitkilərin generativ yolla artırılması həyata keçirilir. Burada həmçinin, ən yeni texnologiya ilə toxumun xüsusi şəbəkəli kasetlərdə əkilməsi, böyütmə şöbəsində kasetlərdə əmələ gələn cücərtilərin qida qarışığı doldurulmuş polietilen qablara köçürülməsi, toxmacarların gübrələnməsi, quru budama və suvarma işləri müvəffəqiyyətlə aparılır.
AZƏRTAC xəbər verir ki, şitilxanada yanvar ayında xüsusi şəbəkəli kasetlərə 122 min ədəd toxum əkilmiş və əkilmiş toxumlardan əmələ gələn toxmacarların miqdarı təxminən 55 minə yaxınlaşmışdır. Tədarük olunmuş 2 min ağac-kol bitkisinin çilingləri və aranjereya şöbəsində 250 ədəd otaq gülləri vegetativ yolla artırılaraq əkilmişdir.
Hazırda qapalı şitilxanada müxtəlif növlərə aid toxumlardan becərilmiş 200 mindən artıq cücərti və toxmacara bütün növ aqrotexniki qulluq göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [14:54]
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
- 16.06.2026 [12:54]
Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq
- 16.06.2026 [10:14]