Ekoaksiya: Sülhməramlılara aid iki avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib
Şuşa, 12 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 63-cü günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus birində 15, digərində 7 avtomobil olan iki avtomobil karvanının Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.