İQTİSADİYYAT
Ekspert: Azərbaycan-Tacikistan iqtisadi əlaqələri geniş perspektivlərə malikdir
Bakı, 16 sentyabr, AZƏRTAC
Tacikistan xammalla zəngin olan ölkədir. Onun yatırdığı investisiyaların böyük bir hissəsi xammal yönümlüdür. İnvestorlar bu ölkədən yalnız xammal ixrac edirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, Tacikistanla ötən il 6 milyon ABŞ dolları ticarət dövriyyəmiz olub: “Onun 5,8 milyondan artığı məhz Azərbaycanın ixrac payına düşüb. Tacikistan dövləti Azərbaycanın təcrübəsindən istifadə edə bilər. Yəni iki ölkə arasında perspektivdə ciddi artımlar olacağı gözlənilir. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya ölkələrindən Qazaxıstanla 590 milyon dollar, Özbəkistanla 200 milyon dollar, Türkmənistanla isə 535 milyon dollar həcmində ticarət dövriyyəsi var”.
İqtisadçı, həmçinin qeyd edib ki, Azərbaycan və Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq, investisiya qoyuluşu, sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdən¬dir. Azərbaycanın əlverişli biznes və in¬vestisiya mühiti bu potensialın reallaşdırılması üçün yeni imkanlar açır.