İQTİSADİYYAT
“EKVİTA” şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 5 min manat köçürüb
Bakı, 2 oktyabr, AZƏRTAC
“EKVİTA” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkəmizin ərazi bütövlüyü və təhlükəsizliyi naminə Milli Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 5 min manat vəsait köçürüb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “EKVİTA” torpaqlarımızın tez bir zamanda işğaldan azad olunmasını, cəbhədə döyüşən hər bir Azərbaycan əsgərinə möhkəm cansağlığı, mübarizə əzmi diləyir. Qələbə bizimdir!
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllü şəkildə daxil olan vəsaitlərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]