SİYASƏT
Əlcəzair portalı Prezident İlham Əliyevin Şuşaya səfəri haqqında AZƏRTAC-ın xəbərini yayımlayıb
Qahirə, 14 may, AZƏRTAC
Əlcəzairin “Əl Hərir” informasiya portalı Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın və Arzu Əliyevanın Şuşada Gövhərağa məscidini ziyarət etmələri barədə AZƏRTAC-ın xəbərini yayımlayıb.
Ərəb dilində təqdim edilmiş materialda qeyd olunub ki, dövlətimizin başçısına və birinci xanıma məsciddə görülən bərpa işləri ilə bağlı məlumat verilib. Bildirilib ki, burada işlər Heydər Əliyev Fondu tərəfindən aparılır. 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminin qurbanı olub.
Material AZƏRTAC-ın yaydığı fotoşəkillərlə yayımlanıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə