Eldar Zülfüqarov kişi voleybolçular arasında Avropa çempionatına təyinat alıb
Bakı, 29 avqust, AZƏRTAC
Avropa Voleybol Federasiyası (CEV) həmyerlimizə növbəti dəfə etimad göstərib.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov kişi voleybolçular arasında Avropa çempionatına təyinat alıb. Ədalət təmsilçimiz Bolqarıstanın ev sahibliyi etdiyi B qrupunun qarşılaşmalarında hakim kimi meydana çıxacaq.
Qeyd edək ki, B qrupunda meydan sahibi Bolqarıstanla yanaşı, Xorvatiya, Finlandiya, Sloveniya, İspaniya və Ukrayna yığma komandaları yer alıb. Qrupda mübarizəyə bu gün start veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]