Azərbaycan Dövlət İnformasiya Agentliyi

ƏLİ BAYRAMLI ŞƏHƏRİ İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MƏRDAN CAMALOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli konfrans içtirakçıları!

50 ilə yaxın tarixi olan Əli Bayramlının sənaye, neft və energetika şəhəri kimi formalaşması, inkişafı, dirçəlişi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Şəhərimizin əhalisi böyük iftixar və qürurla Əli Bayramlını ulu öndərimizin yadigarı kimi qəbul edir.

Möhtərəm cənab Prezident!

Məhz Sizin rəhbərliyiniz altında, respublikanın hər bir bölgəsi kimi Əli Bayramlı şəhəri də bu gün intensiv inkişaf mərhələsinə qədəm qoymuş, sözün əsl mənasında yeniləşmiş, ötən əsrin 70-80-ci illərində olduğu kimi, nadir sənaye və energetika şəhərinə çevrilməkdədir.

Fəaliyyəti 15 il əvvəl dayanmış və uçulub sökülməkdə olan “Telemexanika” zavodu diqqət və qayğınız, qəbul etdiyiniz qərarlara əsasən yenidən qurularaq, ən müasir texnoloji avadanlıqla təchiz edilərək işini bərpa etmiş, cənab Prezident, Sizin sözlərinizlə desək: “Ölkəmizin hərbi gücünü artıran” müəssisələrin sırasına daxil olmuşdur.

Ölkənin energetika qüdrətinin artırılmasına, regionun davamlı elektrik enerjisi ilə təminatına xidmət edəcək yeni müəssisələr sırasına təməli xeyir-duanızla qoyulan, 780 meqavat gücündə “Cənub” İstilik Elektrik Stansiyasında tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Bu stansiya həm də 50 il əvvəl inşa edilmiş və öz istismar müddətini başa vurmaq üzrə olan, yüzlərlə peşəkar və ixtisaslaşmış energetikin işlədiyi Əli Bayramlı İstilik Elektrik Stansiyasını əvəz edəcəkdir.

Sahibkarlığa göstərdiyiniz qayğı və diqqət, onun inkişafına yaradılan münbit şərait şəhərimizdə özəl sektorun inkişafına da güclü təkan vermişdir. Təkcə keçən il istehsal olunmuş 232 milyon manatlıq sənaye məhsulunun 57 faizi özəl bölmənin payına düşmüşdür. Burada ildə 12 min ton xam pambıq emal etmək gücünə malik zavod, 20 min tondan çox pambıq çiyidi emal edən müəssisə, 3,5 milyon ədəd kərpic hazırlayan zavod tikilib istifadəyə verilmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında nəzərdə tutulmuş və sərəncamlarınızla qəbul olunmuş digər tədbirlərin hamısı müvəffəqiyyətlə yerinə yetirilmişdir. Nəticədə 2003-cü ilə nisbətən 2007-ci ildə ümumi məhsul buraxılışı 2,3 dəfə, sənaye məhsullarının həcmi 2,2 dəfə, əhalinin pul gəlirləri isə 2,1 dəfə artmışdır. Şəhərdə dörd ildə 7 mindən çox yeni iş yeri açılmışdır ki, onun da 4 minə yaxını daimidir.

Bu gün Əli Bayramlı şəhərinin sakinləri sənaye şəhərinə məxsus ənənəvi həyat tərzi yaşayırlar. Sizin həyata keçirdiyiniz tədbirlər, göstərdiyiniz misilsiz kömək və qayğı nəticəsində əhalinin sosial əhəmiyyətli sifarişlərinə daxil olan problemlər də öz həllini tapır. Əli Bayramlı sakinləri adından qürur hissi ilə bildirirəm ki, möhtərəm cənab Prezident, şəhər mühitini onlara Siz qaytarmısınız!

Şəhərimiz hazırda fasiləsiz elektrik enerjisi ilə təmin edilir, təbii qazla bağlı problemlərin həllində böyük işlər görülür. Sizin göstərişinizlə “Qarasu” əməliyyat şirkətinin neft mədənlərinin səmt qazı 5 mindən artıq əhalisi olan “Kənd yerləri” yaşayış massivinə verilmişdir. “Şirvan OYL” neft mədənlərinin səmt qazı ilə 2500 nəfərdən artıq əhalisi olan Bayramlı qəsəbəsi təchiz edilir. Tapşırığınıza uyğun olaraq, mürəkkəb mühəndis, tikinti-quraşdırma işləri aparılaraq, qaz xətti Kür çayının altından keçməklə çəkilmişdir.

Sizin göstərişinizlə tikilmiş və ən müasir tibbi avadanlıqla təchiz edilmiş müasir Müalicə-Diaqnostika Mərkəzinin dünya standartlarına uyğun xidmətlərindən təkcə şəhər sakinləri deyil, həm də regionun digər bölgələrinin əhalisi də istifadə edir və Sizə öz hədsiz minnətdarlıqlarını bildirirlər.

Möhtərəm cənab Prezident!

Xalqda belə bir yekdil fikir formalaşmışdır ki, kiçik və böyüklüyündən asılı olmayaraq insanların rifahı ilə bağlı hər bir məsələ, cənab Prezidentin eyni dərəcədə diqqətində və nəzarətindədir. 2001-ci ildə baş vermiş zəlzələ nəticəsində Çılpaqlı yaşayış massivində ciddi zədələnmiş məktəb binasının əvəzinə yenisinin inşası üçün şəhər ictimaiyyəti nümayəndələrinin Sizə müraciətini nəzərə alaraq həmin orta məktəb üçün yeni binanın tikilməsi haqqında Sərəncam imzaladınız və Prezident Fondundan 1,3 milyon manat vəsait ayırdınız. Bu gün də Əli Bayramlıda böyük ehtiram və məhəbbətlə danışılır ki, cənab Prezident verdiyi taşırığın icrasını şəxsən özü gəlib yoxladı və bir il müddətində 3 korpusdan, 33 sinif otağından ibarət məktəb binası yüksək keyfiyyətlə tikilib istifadəyə verildi. Minnətdarıq ki, məktəbin açılışında, cənab Prezident, Siz və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak etdiniz.

Yeri gəlmişkən qeyd etməliyəm ki, Sizin köməyiniz və Heydər Əliyev Fondunun təşəbbüsü ilə son üç ildə 2320 şagird yeri olan 4 məktəb binası tikilməklə şəhərdə bütün şagirdlərin 17,7 faizinin təlim və tədris bazası yeniləşmiş, iki və üç növbədə oxuyanların xüsusi çəkisi 14 faiz azalmışdır. Leysan yağışları nəticəsində şəhər təsərrüfatına və əhaliyə dəyən ziyanın aradan qaldırılması üçün ayırdığınız 2 milyon manat vəsait və daxili imkanlar hesabına, qısa müddətdə 120 ailə üçün beşmərtəbəli 2 yaşayış binasında, 2 uşaq bağçasında bərpa-gücləndirmə işləri aparılmış, tamam dağılmış 5 fərdi ev tikilmiş, şəhərdaxili yollar, sel sularından qorunmaq üçün bənd və kanallar bərpa edilmişdir. Şəhər sakinləri bu gün də həmin çətin anlarda onlara göstərdiyiniz qayğını, dəstəyi unutmurlar.

Əli Bayramlı şəhəri öz xoşbəxt günlərini yaşayır, sakinlər böyük ümidlərlə öz Prezidentinin rəhbərliyi altında sabaha doğru inamla addımlayırlar. Cənab Prezident, Sizi əmin edirəm ki, bundan sonra da qarşıda qoyduğunuz bütün vəzifələr əzmlə yerinə yetiriləcəkdir.

Diqqətinizə görə sağ olun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib