Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əli Əhmədov: Qarşıdakı seçkilərdə daha böyük uğur qazanacağımıza əminlik var

Əli Əhmədov: Qarşıdakı seçkilərdə daha böyük uğur qazanacağımıza əminlik var

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov yap.org.az saytına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

- Əli müəllim, Yeni Azərbaycan Partiyasının namizədləri sentyabr ayının 15-də açıqlandı. Seçki kampaniyası isə demək olar ki, 2 həftədir artıq start götürüb. Gec deyil ki?

- Xeyr. Yeni Azərbaycan Partiyasının siyahısının sentyabr ayının 15-də açıqlanması qabaqcadan planlaşdırılmışdı. Bu, partiyanın seçki taktikasının bir tərkib hissəsi kimi nəzərdə tutulurdu. Doğrudur, mətbuatda çox müxtəlif müddətlər səsləndirilirdi. Lakin onların heç biri əsaslı deyildi.

Deputatlığa namizədlərin irəli sürülməsi və qeydiyyatı kifayət qədər sadədir. Ona görə də Yeni Azərbaycan Partiyasının namizəd siyahısının sentyabrın 15-də açıqlanması gec sayıla bilməz. İrəli sürülən bütün namizədlərin qeydə alınması üçün kifayət qədər vaxt var.

- Siyahını necə qiymətləndirərdiniz? Dəyişikliklər çox deyil. Deməli, yeni adlar da azdır.

- Mən hər şeydən əvvəl Yeni Azərbaycan Partiyasının siyahısını optimist və ədalətli hesab edərdim. Bu siyahı partiyanın özünə inamını və daxili monolitliyini ifadə edir. Mən açıqlanmış siyahımızı perspektiv planda şanslı hesab edirəm.

Dəyişikliklərə gəldikdə isə, bunu “az” və ya “çox” anlayışları ilə ifadə etməyin tərəfdarı deyiləm. Bu halda daha yerinə düşən ifadə “optimal” olardı. Elan edilən siyahı ilə ilk növbədə Yeni Azərbaycan Partiyası özünün deputat korpusundan razılığını ifadə edib. Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatların əksəriyyəti həm partiyanın, həm də seçicilərinin etimadını doğruldublar. Yəqin ki, partiyanın deputatlarından bir neçəsinin icra strukturlarında vəzifəyə təyin olunması və beynəlxalq təşkilatda rəhbər vəzifəyə seçilməsi səsləndirdiyim fikrin təsdiqi üçün yetərlidir.

Bununla belə, siyahıda kifayət qədər yeni simalar da var. 2010-cu il parlament seçkilərində partiyamız 72 mandat qazanmışdı. 2015-ci il seçkilərində isə biz 117 dairə üzrə namizəd irəli sürmüşük. Gördüyünüz kimi, yeni simaların irəli sürülməsinə kifayət qədər imkan var və həmin imkandan ən faydalı şəkildə istifadə etməyə çalışmışıq.

- Qeyd etdiniz ki, Milli Məclisə 2010-cu ildə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası 70-dən çox dairədə uğur qazanmışdı. 2015-ci illə əlaqədar proqnozunuz necədir?

- Qabaqcadan proqnoz vermək istəməzdim. Söhbətimizin əvvəlində qeyd etdim ki, partiyamızı seçkilərdə müşayiət edən əsas keyfiyyətlərdən biri özünəinamdır. Bu, əsassız deyil. 2010-2015-ci illər ərzində ölkəmiz daha da inkişaf edib və bu inkişafın əsasını partiyamızın sədri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanması təşkil edir. Ötən 5 il ərzində Yeni Azərbaycan Partiyası da inkişaf edib, güclənib, ictimai dayaqları və sosial bazası möhkəmlənib. 2010-cu ildə partiyamızın 500 min üzvü var idi, indi isə bu rəqəm 700 minə yaxınlaşır. Deməli, Yeni Azərbaycan Partiyasına inanan, onu dəstəkləyən vətəndaşların sayı daha da artıb. Bu isə bizim qarşıdakı seçkilərdə daha böyük uğur qazanmağımıza inamı artırır.

- Yeni Azərbaycan Partiyası qadınların və gənclərin ictimai-siyasi proseslərdə fəallaşmasına xüsusi diqqət verib. Bu mənada növbəti seçkilərdə proqramınız barədə nə deyə bilərsiniz.

- Həqiqətən, Yeni Azərbaycan Partiyası cəmiyyətdə qadınların və gənclərin iştirakçılığının artırılmasının təşəbbüskarlarından biridir. Açıqlanmış siyahıya baxsanız, dediklərimə bir daha şahid ola bilərsiniz. Doğrudur, Milli Məclisə seçkilər kimi gərgin siyasi yarışda uğur qazanmaq cəmiyyət və ya heç olmasa iddiaçı olduğun dairə miqyasında kifayət qədər tanınmadan mümkün deyil. Nəzərə almaq lazımdır ki, söhbət 10 milyonluq Azərbaycanda cəmi 125 nəfərdən biri olmaq uğrunda mübarizədən gedir. Etiraf etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının sıralarında belə qadınlar və gənclər az deyil və onların daha şanslı hesab etdiyimiz nümayəndələri siyahıda özünə yer tutublar. Həm məqsədimiz odur, həm də təbliğatımızın bütün gücündən istifadə edəcəyik ki, namizədliyini irəli sürdüyümüz qadınlar və gənclər uğur qazansınlar, partiyamızın gələcək deputat korpusunda layiqincə təmsil olunsunlar.

- Əli müəllim, rəqibləriniz haqqında nə demək istərdiniz. Hansı partiyaları Yeni Azərbaycan Partiyasına çətin rəqib hesab edirsiniz?

- Yeni Azərbaycan Partiyası özünəməftunluqdan, lovğalıqdan, müvəffəqiyyətdən başgicəllənməsi hallarından uzaqdır. Bütün bunlarla yanaşı, Azərbaycanın siyasi həyatının artıq hamıya məlum olan və hamının qəbul etdiyi reallıqları mövcuddur. Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, təmsil olunduğum partiyanın cəmiyyətdəki çox böyük mənəvi və siyasi gücü fonunda biz çox zəif rəqabət müqaviməti hiss edirik. Opponentlərimiz bu günə qədər aydın hədəflərini müəyyənləşdirə bilməyiblər. Siyasi fəaliyyətlərinin yeganə məqsədini şər və böhtanda görürlər, milli maraqlara zərbə vurmaqdan belə çəkinmirlər. Cəmiyyətə pozitiv heç nə vəd edə bilmirlər, mahiyyət etibarilə neqativ enerji daşıyıcılarına çevriliblər. Nəticə tamamilə gözlənilən və anlaşılandır. Müxalifət sarsılıb, dağılıb, parçalanıb. Azərbaycanın siyasi həyatında müxalifətin rolu demək olar ki, görünmür. İndi müxalifət, xüsusilə də onun aqressiv hissəsi siyasi mübarizəni və siyasi fəallığı Azərbaycandan kənarda olan müxtəlif qruplarla işbirliyində görür. Ən acınacaqlısı da odur ki, həmin qruplar bir qayda olaraq antiazərbaycan mövqeyini heç zaman gizlətmir. Nəticədə müxalifətin həmin qolu özü mahiyyət etibarilə antiazərbaycan elementinə çevrilir. Bunun bir adı da “5-ci kolon”dur. Tamamilə aydındır ki, öz qrup maraqlarını xalqın maraqlarına qarşı qoyanlar xalqın dəstəyinə ümid edə bilməz. Müxalifətin bəzi dairələrinin seçkilərdə iştirak etməməsinin səbəbini bunda axtarmaq lazımdır.

Rəqiblərimizlə əlaqədar sözlərimə yekun vuraraq bildirmək istəyirəm ki, biz xalqa inanırıq, onlar isə xalqdan uzaq düşüb. Deməli qüvvələr qeyri - bərabərdir, çünki seçkinin yeganə hakimi seçicidir, başqa sözlə, xalqdır.

- Yeni mövzuya keçib Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi növbəti qərəzli qətnaməsi ilə əlaqədar da sual vermək istərdim. Siz qətnamə ilə bağlı fikirlərinizi bildirmisiniz. Bu mövzuda daha nə deyə bilərsiniz?

- Müdriklərin bir yanaşması var: bir dəfə dedin inandım, ikinci dəfə dedin şübhələndim, üçüncü dəfə dedin - artıq inanmıram. Avropa Parlamenti Azərbaycana qarşı görün neçənci, yumşaq desək qeyri - obyektiv qətnaməsini qəbul edir. Qərəz təkcə məlum qətnamələrin məzmununda deyil, həm də Avropa Parlamentinin davranışının mahiyyətindədir. Bu qurum açıq şəkildə antiazərbaycan mərkəzinə çevrildiyini gizlətmək belə istəmir. İstənilən halda qərəzin cavabı qəzəb olub. Bu gün Azərbaycanda Avropa Parlamentinə qarşı böyük bir qəzəb müşahidə olunmaqdadır.

Heç bir xalq razı olmaz ki, onun ölkəsi xaricdən müəyyən edilmiş qaydalarla idarə olunsun. Avropa Parlamenti isə çalışır ki, müstəqil dövlətlərə davranış qaydaları öyrətsin.

Azərbaycan əməkdaşlıq ideyasının əleyhinə deyil. Bəlkə də bizim ölkəmiz əməkdaşlığa ən çox hazır olan ölkələrdən biridir. Lakin hər bir əməkdaşlıq qarşılıqlı olmalıdır. Avropa Parlamentinin Azərbaycana qarşı açıq hiss olunan qərəzli mövqeyi əməkdaşlıq imkanlarını heçə endirir. Nəzərə alsaq ki, Avropa strukturları ilə illərdir davam edən əməkdaşlıqdan Azərbaycan indiyədək heç nə qazanmayıb, ələlxüsus Dağlıq Qarabağ məsələsində ciddi ədalətli dəstək əldə edə bilməyib, onda sözügedən əməkdaşlığın pozulmasında itirəcəyimiz də yoxdur.

Avropa Parlamenti, digər Avropa qurumları Azərbaycana qarşı qərəzli mövqelərini saxladıqca, Azərbaycanı o qədər özlərindən uzaqlaşdırmış olacaqlar. Qeyri-qanuni yollarla hansısa qrupları və ya şəxsləri müdafiə etmək, “5-ci kolon”a çevirmək cəhdlərini düzgün və ədalətli saymıram. Avropa Parlamenti unutmamalıdır ki, Azərbaycanın öz dövlət və milli maraqlarını qorumaq haqqı var və o, bu haqqını heç kimə vermək niyyətində deyil. Avropa Parlamenti bir də onu nəzərə almalıdır ki, Azərbaycan haqqında yerli - yersiz ədalət və obyektivlikdən uzaq qətnamələr qəbul etməklə özünü və qətnamələrini gözdən salır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO