Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq...

Əli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq...

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Facebook sosial şəbəkəsindəki səhifəsində məqaləsini paylaşıb. AZƏRTAC məqaləni təqdim edir.

x x x

Ümummilli lider Heydər Əliyevin vəfatından 15 il ötür. Zaman bizi o ağır gündən sürətlə uzaqlaşdırsa da, müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri yaddaşlara dərindən hopmuş, hər bir azərbaycanlının qəlbində silinməz iz qoyaraq tariximizin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Heydər Əliyevin həyat yolunun möhtəşəm salnaməsini vərəqləyərkən göz önündə Azərbaycan tarixinin çətin və şərəfli bir dövrünün dolğun mənzərəsi canlanır. Xalqımızın yetişdirdiyi bu dahi şəxsiyyətin bütün fəaliyyətinin Azərbaycanın inkişaf yolu ilə sıx vəhdət təşkil etdiyini bir daha aydın şəkildə görürük.

Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. O, 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Bununla da Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başlanmışdır. Нeydər Əliyev ilk günlərdən respublikada xalq təsərrüfatına və mədəni quruculuğa rəhbərliyin əsaslı surətdə yaxşılaşdırılması, dövlət və əmək intizamının möhkəmləndirilməsi, kadrların məsuliyyətinin artırılması və korrupsiyaya qarşı mübarizənin yeni xəttini müəyyən etmişdir. Bu xətt sonrakı dövrdə daha da təkmilləşdirilmiş, respublikanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatına mənfi təsir göstərən meyillərin qarşısının alınması, sağlam mənəvi-psixoloji mühitin bərqərar olunması uğrunda fəaliyyət proqramına çevrilmişdir. Onun bilavasitə rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişaf konsepsiyası hazırlanmış, ənənəvi təsərrüfat sahələrinin səmərəliliyi bərpa edilmiş, yeni istehsal sahələrinin əsası qoyulmuşdur. Bu dövrdə neft-kimya, maşınqayırma, energetika, metallurgiya, mədənçıxarma və digər sahələr əhəmiyyətli dərəcədə inkişaf etməyə başlamış, 400-ə yaxın yeni sənaye obyekti yaradılmışdır. 1969-cu ildə sənaye müəssisələrinin sayı 735 idisə, 1982-ci ildə bu rəqəm 1048-ə çatmışdı.

Heydər Əliyev kənd təsərrüfatı istehsalının intensivləşdirilməsi, bu sahənin daha da ixtisaslaşdırılması, üzümçülük və şərabçılığın inkişaf etdirilməsi, emal müəssisələrinin, irriqasiya və meliorasiya obyektlərinin tikilməsini təmin edərək, o dövrdə aqrar sektorda məhsul istehsalını iki dəfədən çox artırmağa nail olmuşdu. Beləliklə, ölkənin sosial-iqtisadi həyatında sürətli tərəqqi baş vermiş, Azərbaycan geridə qalmış aqrar respublikadan özünü təmin edən qabaqcıl aqrar-sənaye respublikasına və mərkəzi büdcənin donoruna çevrilmiş, SSRİ miqyasında ilk üçlüyə yüksəlmişdi. Həmin illərdə respublikada buraxılan 350 adda sənaye və kənd təsərrüfatı məhsulu dünyanın 65 ölkəsinə ixrac edilirdi. O dövrdə yaradılmış iqtisadi potensial müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatının yenidən qurulması üçün baza rolunu oynadı.

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə (1969-1982-ci illər) elm, təhsil və mədəniyyətin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində görülən işlər milli ruhun oyanmasına, azərbaycançılıq məfkurəsinin zənginləşməsinə güclü təsir göstərmiş və gələcəkdə müstəqil dövlətçiliyin bərpası üçün əsaslı zəmin hazırlamışdır.

Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Bakıda və keçmiş SSRİ-nin paytaxtı Moskvada Azərbaycanın tanınmış ədəbiyyat, incəsənət və elm xadimlərinin yubileyləri keçirilmiş, onların fəaliyyəti yüksək dövlət mükafatları və fəxri adlarla qiymətləndirilmiş, abidələri ucaldılmışdı. Həmin illərdə respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirilmiş, SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 3500 azərbaycanlı gənc göndərilmişdi. Heydər Əliyev azərbaycanlı hərbçi kadrların yetişdirilməsinə, respublikada hərbi təhsilin inkişafına xüsusi diqqət ayırırdı. O dövrdə hazırlanmış yüksək ixtisaslı kadrlar sonralar müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və təhlükəsizliyinə öz töhfələrini vermişlər.

Heydər Əliyev Azərbaycan dilinin respublikanın dövlət dili olması ilə bağlı müddəanın 1978-ci il Konstitusiyasına daxil edilməsinə nail olmuşdu. O, Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi və mədəni inkişafına daim diqqət göstərirdi. Heydər Əliyevin məsələlərə kompleks və həssaslıqla yanaşması, habelə çevik idarəçiliyi sayəsində respublikada sosial və milli-dini zəmində heç bir problem yaranmamış, sağlam ictimai-siyasi vəziyyət hökm sürmüşdür.

Heydər Əliyev 1976-cı ilin mart ayında Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, həmin yüksək vəzifədə çalışdığı dövrdə 60-dan çox nazirlik, komitə və müxtəlif mərkəzi idarələrin fəaliyyətinə rəhbərliyi həyata keçirmişdi. Lakin 1987-ci ilin oktyabrında Sov. İKP MK-nın Siyasi Bürosunun və şəxsən baş katib M.S.Qorbaçovun yeritdiyi yanlış xəttə, onun anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdi.

Sovet qoşunlarının 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qanlı qırğınla əlaqədar Heydər Əliyev ertəsi gün Kreml rejiminin təqiblərinə və səhhətinin ağır olmasına baxmayaraq, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək orada bəyanat vermiş, SSRİ hakimiyyətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını pisləmişdi. Mübariz mövqeyini qətiyyətlə davam etdirən Heydər Əliyev Dağlıq Qarabağda separatçıların qanunsuz əməlləri və yaranmış kəskin vəziyyətlə bağlı mərkəzin yürütdüyü ikiüzlü siyasətə etiraz edərək 1991-ci ilin iyulunda Kommunist Partiyasından çıxmışdı.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvana getmiş və həmin ildə Azərbaycan Ali Sovetinə deputat seçilmişdi. Bununla da yenidən ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlayan Heydər Əliyev 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında təşkilatın sədri seçilmişdi.

Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü, xüsusilə onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı illər (1991-1993) muxtar respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin mərhələsi idi. Heydər Əliyev, ilk növbədə, Naxçıvanı Ermənistanın silahlı təcavüzü və işğalı təhlükəsindən xilas etdi. Blokada şəraitində yaşayan muxtar respublikanın ağır iqtisadi-sosial problemlərini həll etmək üçün qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaratdı. Naxçıvanı Türkiyə ilə birləşdirən "Ümid körpüsü", İranla yük və sərnişin daşınmasını genişləndirən Şahtaxtı-Poldəşt körpüsü inşa edildi və digər mühüm tədbirlər həyata keçirildi. Bu illərdə həm də Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın Ali Məclisi onun adından “sovet” və “sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis olunması haqqında qərarlar qəbul etdi.

Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyərkən, eyni zamanda, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş və Ali Sovetin sessiyalarında fəal iştirak etmişdi. O, Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasındakı (1991-ci il, fevral) çıxışında Vətənin ağır dövründə hər kəsi vətəndaşlıq borcunu vicdanla yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa, dağılmaqda olan Sovet İttifaqında, eləcə də Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti obyektiv təhlil edərək, cəmiyyəti dərindən düşündürən problemlərin, siyasi və iqtisadi böhranın, Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım göstərməyə çağırırdı. Heydər Əliyev Azərbaycan Ali Sovetinin 1991-ci il 7 mart tarixli sessiyasında Moskvanın müttəfıq respublikaları yeni ittifaq müqaviləsinə sürükləyən siyasətinə qarşı çıxır və deputatları respublika rəhbərliyinin anti-müstəqillik əhval-ruhiyyəsini pisləməyə dəvət edirdi. Həmin dövrdə SSRİ-nin saxlanması məqsədilə keçirilən referendum Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda boykot edildi, sovet qoşun hissələri muxtar respublikadan çıxarıldı, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildi. Sovet İttifaqının saxlanılmasını təbliğ edən Kommunist Partiyasının Naxçıvandakı bütün strukturları ləğv edildi, Azərbaycan Ali Sovetinin 1991-ci il sentyabrın 8-nə təyin etdiyi prezident seçkilərinin muxtar respublikanın ərazisində keçirilməsi dayandırıldı.

Həmin dövrdə erməni millətçilərinin Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağı Ermənistana birləşdirmək cəhdlərinin ağır nəticələri, 20 Yanvar faciəsi və ondan sonra Azərbaycanda baş verən ictimai-siyasi proseslər, respublikanın kommunist rəhbərliyinin mövqeyi və s. Heydər Əliyevin siyasi fəaliyyətinin başlıca vektorunu milli dövlətçilik ideyasının əsas məqsədinə - müstəqil demokratik dövlət uğrunda mübarizəyə istiqamətləndirmişdi.

Hakimiyyət dairələrinin xəyanətkar və səriştəsiz idarəçiliyi nəticəsində 1993-cü ilin may-iyun aylarında ölkədə siyasi böhran son həddə çatdı, respublika vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qaldı. Belə şəraitdə xalqın təkidi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə, onun Azərbaycana rəhbərliyinin ikinci dövrü başladı. Heydər Əliyevin möhkəm iradəsi, idarəçilik məharəti və qətiyyətli siyasi mövqeyi sayəsində Azərbaycan dövlətçiliyinin məhv edilməsi, vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsi aradan qalxdı. Həmin gün Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Lider 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən növbəti prezident seçkilərində də böyük səs çoxluğu ilə (76,1 faiz) möhtəşəm qələbə qazandı.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında, xarici əlaqələrində dönüş yarandı, beynəlxalq norma və prinsiplərə uyğun olaraq müstəqil dövlət quruculuğu prosesi başlandı. Bəzi daxili və xarici qüvvələr tərəfindən hazırlanmış 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi planlarının, habelə şəxsən Heydər Əliyevə sui-qəsd və terror cəhdlərinin qarşısı qətiyyətlə alındı, silahlı yolla hakimiyyətə gəlmək iddialarına son qoyuldu, Azərbaycan dövlətçiliyinin iflası prosesi dayandırıldı, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edildi. İşğalçı Ermənistan ilə müharibənin gedişində ciddi dönüşə nail olundu. Azərbaycan qoşunları Füzuli rayonu istiqamətində uğurlu əməliyyat keçirərək Horadiz qəsəbəsini və ətraf kəndləri işğalçılardan azad etdi. Beləliklə, erməni silahlı qüvvələrinin işğalı genişləndirmək planlarının qarşısı alındı, Ermənistan 1994-cü ilin mayında cəbhə xəttində atəşkəs elan edilməsinə və danışıqlar masasına qayıtmağa məcbur oldu.

Heydər Əliyev Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqlarının 20 faizindən çoxunun işğalı, 1 milyondan çox yerli sakinin didərgin salınaraq çadırlarda yaşaması və digər dövlət əhəmiyyətli məsələlər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, yaranmış problemlərin həlli sahəsində çox gərgin və genişmiqyaslı fəaliyyət göstərirdi. Heydər Əliyevin fəal diplomatik səyləri nəticəsində dünyanın böyük dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi. BMT Təhlükəsizlik Şurasında, ATƏT-in Budapeşt (1994) və Lissabon (1996) sammitlərində, İƏT-in üzv dövlət başçılarının zirvə toplantılarında Ermənistanın işğalı pisləndi və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair sənədlər qəbul edildi.

Heydər Əliyevin tarixi nailiyyətlərindən biri də Azərbaycan dövləti və xalqı qarşısında duran strateji vəzifəni - bir ictimai-iqtisadi sistemdən digərinə, yəni, iflasa uğramış sosializmdən bazar iqtisadiyyatı normalarına və çoxmülkiyyətçiliyə əsaslanan sistemə keçidi təmin etməsidir. Xüsusi mülkiyyətə geniş meydan açılması, sənaye və xidmət müəssisələrinin özəlləşdirilməsi, aqrar islahatlar, torpağın əvəzsiz olaraq kəndlilərə verilməsi və digər fundamental transformasiya proseslərini reallaşdırmaq kimi çətin vəzifələrin həlli Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin yeritdiyi yeni neft strategiyası nəticəsində Azərbaycanın karbohidrogen ehtiyatlarının dünyanın ən qabaqcıl neft şirkətləri ilə birlikdə hasil olunması və xarici bazarlara nəqli məqsədilə 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi haqqında müqavilə imzalandı. “Əsrin müqaviləsi” bağlandıqdan az sonra Xəzərin digər karbohidrogen yataqlarının işlənilməsi ilə əlaqədar 30-dan çox saziş imzalandı ki, bu da Azərbaycana böyük həcmdə xarici sərmayənin qoyuluşuna imkan yaratdı. İlk beynəlxalq neft müqaviləsi çərçivəsində Bakı-Novorossiysk boru kəməri əsaslı təmir və bərpa olundu, Bakı-Supsa boru kəməri inşa edildi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikilməsi haqqında saziş imzalandı və onun təməli qoyuldu.

Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan öz geosiyasi, geoiqtisadi və mənəvi-mədəni potensialından səmərəli istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü yaratmağa çalışır və bununla da ölkənin gələcək dinamik inkişafı üçün əlverişli imkanlar açılırdı. Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük İpək Yolunun bərpasına yönəlmiş beynəlxalq proqramın həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır. 1998-ci ilin sentyabrında 32 ölkənin və 14 beynəlxalq təşkilatın yüksək səviyyəli rəhbər şəxslərinin iştirakı ilə Bakıda İpək Yolu konfransı keçirilmiş, layihənin icraçı katibliyinin Azərbaycanın paytaxtında yerləşməsi haqqında qərar qəbul edilmişdir.

Heydər Əliyev demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə demokratik dəyərləri özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkilərinin keçirilməsi, Konstitusiya Məhkəməsinin təşkili, ölüm cəzasının ləğv olunması, mətbuatda senzuranın aradan qaldırılması, yerli özünüidarəetmə orqanlarının-bələdiyyələrin yaradılması kimi köklü islahatlar məhz Heydər Əliyevin siyasi iradəsi və məqsədyönlü fəaliyyəti sayəsində mümkün olmuşdur.

Heydər Əliyevin "İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında" 1998-ci il 22 fevral tarixli Fərmanı insan hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Azərbaycan 1996-cı ilin iyununda Avropa Şurasında "xüsusi qonaq" statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur.

Heydər Əliyev dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış azərbaycanlıların birlik və həmrəyliyinin yaradılmasına xüsusi əhəmiyyət verirdi. O, Azərbaycan Respublikasının Prezidenti kimi xarici dövlətlərə rəsmi səfərləri zamanı orada yaşayan azərbaycanlıların nümayəndələri ilə görüşlər keçirir, Azərbaycan diasporunun formalaşması və təşkilatlanması üçün ardıcıl və səmərəli tədbirlər görürdü. Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Bakıda dünya azərbaycanlılarının ilk tarixi qurultayı keçirildi, Azərbaycan diasporunun fəaliyyətinin canlandırılması və gücləndirilməsi sahəsində çox mühüm qərarlar qəbul edildi.

Heydər Əliyevin Azərbaycanda Latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında 2001-ci ildə imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması çağırışı ilə Azərbaycan xalqına müraciətləri və bir sıra digər sahələrdə coşqun fəaliyyəti milli-mədəni inkişafda və mənəvi birliyin möhkəmlənməsində böyük rol oynamışdır.

Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixinin dərindən öyrənilməsi və fəaliyyətinin obyektiv qiymətləndirilməsi məsələsinə xüsusi diqqət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin 80 və 85 illik yubileyləri ölkədə geniş qeyd olundu, Bakı şəhərində Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında qərar qəbul edildi.

Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində, fərqli ictimai-siyasi, iqtisadi, mədəni və ideoloji şəraitdə xalqına və Azərbaycana sədaqətlə xidmət göstərmiş, istedadını, bilik və bacarığını milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə sərf etmişdir.

Azərbaycan xalqı Heydər Əliyevin xidmətlərini daim minnətdarlıqla xatırlayır. Unudulmaz liderimiz Heydər Əliyevin miras qoyduğu zəngin irs, ölməz ideyalar bu gün də yaşayır və bizi inamla gələcəyə aparır. Ulu Öndərin özünün də dediyi kimi, nə qədər ki Azərbaycan var, o da olacaqdır. Əminliklə demək olar ki, hazırda Azərbaycanın taleyi etibarlı əllərdədir. Ölkəmiz Heydər Əliyev yolu ilə qətiyyətlə irəliləyir və Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf tariximizin yeni salnaməsi yaranır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib