Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əli Məsimli: “Microsoft”un vitse-prezidenti ilə videokonfransda qaldırılan məsələlər böyük əhəmiyyət kəsb edir

Əli Məsimli: “Microsoft”un vitse-prezidenti ilə videokonfransda qaldırılan məsələlər böyük əhəmiyyət kəsb edir

Bakı, 17 iyun, Səadət Hakıyeva, AZƏRTAC

COVID-19 pandemiyasının yaratdığı fəsadlar səbəbindən qlobal iqtisadiyyat ağır vəziyyətlə üzləşib. Böhran azaldıqca orta və uzunmüddətli perspektivləri gücləndirmək, yaranmış vəziyyətdən az itki ilə çıxmaq üçün zəruri islahatları həyata keçirməkdə davam etmək lazımdır. Pandemiya dünyanın gedişini dəyişdirəcək. Bir tərəfdən qlobal miqyasda rəqabət güclənəcək, eyni zamanda, qlobal koordinasiya və əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edəcək. Bu baxımdan, iyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti və digər nümayəndələri arasında keçirilən videokonfrans bir sıra cəhətlərinə görə xüsusi əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, həmin videokonfrans zamanı Prezident İlham Əliyev koronavirus pandemiyasının ayrı-ayrı ölkələrə, o cümlədən Azərbaycana təsiri, bu sahədə ölkəmizin beynəlxalq səviyyədə və daxildə gördüyü işlər və görüləcək tədbirlər, eləcə də postpandemiya dövrünün perspektivləri barədə diqqətçəkən fikirlər söylədi. Dövlət başçısı bildirdi ki, müəyyən problem və gərginliklər olsa da, Azərbaycanda koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlər sayəsində vəziyyət nəzarət altındadır. Prezidentin həmin fikrini əsaslandırmaq üçün təkcə onu qeyd etmək kifayətdir ki, hətta son həftələrdə Azərbaycanda virusa yoluxanların sayı sağalanların sayını üstələməyə başlasa da, yenə də ölkədə koronavirusdan ölənlərin sayı bu virusa yoluxanların sayına nisbətdə 1 faizin ətrafında qalıb. Bu nəticə dünya ölkələri arasında kiçik göstəricilərdən biri olmaqla, 158 ölkə üzrə 5 faizin üzərində qərarlaşan orta statistik göstəricidən 4 dəfə aşağı bir səviyyədədir. Təbii ki, bu, arxayınlaşmaq üçün heç bir əsas vermir. Koronavirus davam edir və həm də sərhəd tanımır. Prosesi bundan sonra da nəzarətdə saxlayıb tədricən minimuma endirmək üçün əlavə tədbirlərə ehtiyac var. Son bir neçə ayın təcrübəsi göstərir ki, bu mürəkkəb dövrdə yalnız birgə səylər sayəsində koronavirus pandemiyası üzərində qələbənin qazanılması mümkündür. Ona görə də koronavirus pandemiyasının yaratdığı fəsadlardan az itki ilə çıxmaq üçün zəruri olan məlum şərtlər içərisində dövlətlərin, ayrı-ayrı qurumların bir-birinə mümkün variantlarda dəstək göstərməsi, birgə səylərin artırılması, əlaqələndirmə çox mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən də koronavirus pandemiyası ilə mübarizədən danışarkən Azərbaycan Prezidenti onu da bildirdi ki, pandemiyaya qarşı mübarizədə biz nəinki təkcə daxili məsələlərə diqqət yetiririk, həmçinin qlobal miqyasda da fəaliyyət göstəririk. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərib və bu proses davam edir. Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiririk. Azərbaycanın bu addımı xalqımızın dünya birliyi ilə yüksək səviyyəli əlaqələrinin mövcudluğunun bariz təzahürüdür.

Deputat diqqətə çatdırıb ki, koronavirus pandemiyası və onun ətrafında cərəyan edən proseslər dünyanın əksər ölkələrində həyat itkisi, iqtisadi tənəzzül, bir sıra sosial-psixoloji və sair xarakterli ciddi fəsadlar törədib. 2020-ci ildə dünya iqtisadiyyatında 3 faizlik artım proqnozlaşdırılmışdı. Beynəlxalq Valyuta Fondu bu il 3 faiz enmə olacağını istisna etmir. Pandemiyanın yaratdığı fəsadlar və iqtisadi böhranla bağlı digər proqnozlara görə, koronavirus 2020-ci il yayın sonuna qədər davam etsə, bu, dünya iqtisadiyyatı üzrə ÜDM-in 5 faiz həcmində itkisinə səbəb ola bilər. Dünya Bankının proqnozlarına görə, yaşanılacaq ssenarilərin gedişindən asılı olaraq bu itkilər 5 faizdən də çox ola bilər. Digər məlum məqamlarla yanaşı, həm də ona görə ki, pandemiyanın dünyanın bütün böyük ölkələrinin iqtisadiyyatlarını eyni anda vurması kimi qeyri-adi hal yaşanılır. Ekspertlər, həmçinin inkişaf etməkdə olan ölkələrdə maliyyə böhranının potensial istehsal həcmini 8 faiz azaldacağını qeyd edirlər. Neft istehsalçısı olan ölkələrdə bu göstərici 11 faizə çata bilər.

Əli Məsimli bildirib ki, hökumətin rəsmi proqnozlarına görə, Azərbaycan iqtisadiyyatında 2020-ci ildə 3 faiz, 2021-ci ildə isə 3,7 faiz artım gözlənilirdi. 2020-ci ilin yanvar-fevral aylarında 2,8 faiz artım olmuşdu və bu tempin daha da yüksəlməsi gözlənilirdi. Lakin pandemiyanın fəsadları Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə mənfi təsir göstərməyə başladı. Prezident də bildirdi ki, Azərbaycanda əsas diqqət insanların koronavirusdan qorunmasına yönəldilib, ölkədəki iqtisadi artım isə mənfi təsirə məruz qalıb. Ümumi daxili məhsulda azalma olsa da, iqtisadiyyatın bəzi sektorlarında, xüsusilə neft və qazla əlaqəli olmayan sektorlarda artım davam edir. Hökumət tərəfindən pandemiyadan ən çox zərər çəkən turizm, otelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib. Bununla bağlı dövlət başçısı Azərbaycanda pandemiyadan əziyyət çəkən sahələrə, turizm və onunla əlaqəli sahələrin bərpasına yardımın davam etdiriləcəyini vurğuladı.

Deputat, həmçinin qeyd edib ki, koronavirus pandemiyasının diktə etdiyi şəraitə və çağırışlara uyğun olaraq dünya sürətlə dəyişməkdədir. Artıq dəyişməyə meyillənən yeni dünyada ən qiymətli dəyər bilik, sürət və zaman olacaq. Ona görə də hansı ölkə həmin parametrlərə uyğun islahatlar aparıb, innovasiyalı inkişaf yolu tutacaqsa o, udacaq. Dünənki videokonfransda Prezident İlham Əliyev perspektivlərdən danışarkən bir daha aydın göründü ki, hazırkı reallıqlar şəraitində islahatların alternativi yoxdur. Prezident gələcək planlardan danışarkən qeyd etdi ki, hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Ümidvarıq ki, bu məsələdə “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır. Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir. Azərbaycanda neft amilinin dominant roluna əsaslanan iqtisadi inkişaf modelindən insan amilinin və rəqəmsallaşmanın prioritet təşkil etdiyi innovasiyalı inkişaf modelinə keçid sürətlənməkdədir.

Əli Məsimli “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roqun Azərbaycanda pandemiyanın təsiri ilə bağlı fikirlərinə də toxunub. Filip Roq Azərbaycanda pandemiyanın təsirinin kifayət qədər nəzarət altında olduğunu eşitdiyinə şad olduğunu bildirdi. O, dünya liderləri ilə əlaqə saxladığını, bunun heç də həmişə belə olmadığını vurğuladı. Azərbaycan üçün bundan sonra da nizam-intizama əməl etmək, pandemiyanın təsirinin nəzarət altında qalmasına nail olmaq və yaxın vaxtlarda onun üzərində tam və qəti qələbə çalmaq mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda bundan sonra da pandemiyanın təsirinin nəzarət altında saxlanılması üçün karantin qaydalarına əməl olunmaqla bütün qüvvələr səfərbər edilməlidir. Dövlət, cəmiyyət və fərd olaraq “Biz birlikdə güclüyük” prinsipini fikirdə, sözdə və işdə hamılıqla həyatımıza tətbiq edib yaxın vaxtlarda virusun təsirini sıfıra endirmək işinə hər kəs öz töhfəsini verməlidir.

“Yekunda bildirmək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezidenti və digər nümayəndələri ilə keçirdiyi videokonfransda qaldırılan məsələlər böyük əhəmiyyət kəsb edir. Videokonfrans yaxın və orta perspektivdə pandemiya dövrünün tələblərinə və postpandemiya mərhələsinin çağırışlarına uyğun uğurlu transformasiya üçün yol xəritəsinin yaradılması ətrafında fikirləşməyə imkan verdi. Konfrans həm də məqsədli proqramlar, konstruktiv təkliflər paketləri hazırlamaq üçün həm aidiyyəti dövlət orqanlarına, həm də ekspert və mütəxəssislərə çox zəngin material verdi”, - deyə Əli Məsimli bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb

Ekspert: Bakının təşəbbüskar diplomatiyaya keçidi kifayət qədər ciddi strateji dəyişiklikdir

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı yazıçı Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü YENİLƏNİB

Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür VİDEO

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür VİDEO

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibertəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir