ƏLİBABA ABDULLAYEVİN XATİRƏ GECƏSİ
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”nun musiqisi ilə başlanmışdır. Aparıcı, xalq artisti Əminə Yusifqızı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının baletmeystri Fərhad Vəliyev və başqaları milli rəqs sənətinin görkəmli nümayəndəsi Ə.Abdullayevin həyat və fəaliyyətindən söz açmışlar.
Tamaşaçılara Ə.Abdullayevin vaxtilə quruluş verdiyi süita və rəqslər təqdim olunmuşdur. Xalq artistləri Cəmilə Bayramova, Təranə Muradova, Rüfət Xəlilzadə mahnı və rəqs ansamblının üzvləri Səid Rüstəmovun “Azərbaycan süitası”, Cahangir Cahangirovun ”Bulaq başında”, Eldar Mansurovun “Odlar yurdu” əsərləri ilə yanaşı “Naz eləmə”, “Qavalla rəqs”, ”Vağzalı”, “Mirzeyi” və digər xalq rəqslərini də ifa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [14:04]
“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat
- 08.10.2026 [12:20]
Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO
- 08.10.2026 [12:05]
Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO
- 07.10.2026 [20:03]