Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əlincəqala” tarixi abidəsi və muzeyi istifadəyə verilib

Naxçıvan, 17 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən “Əlincəqala” tarixi abidəsi bərpa olunub və muzeyi yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 17-də “Əlincəqala” tarixi abidəsi və muzeyinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Ali Məclisin Sədri tədbirdə çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikası zəngin tarixə malikdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”. Hazırda muxtar respublika ərazisində 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Bu abidələrin içərisində qalaların özünəməxsus yeri vardır. Tədqiqatlar göstərir ki, Naxçıvan, qala tipli yaşayış yerləri ilə zəngin diyardır. Bu ərazidə qalaların çoxluğunun səbəbi Naxçıvanın əlverişli mövqeyinin, zəngin təbii sərvətləri, şəhər mədəniyyəti və inkişaf etmiş sənətkarlığının yadelli işğalçıların diqqətini cəlb etməsidir.

Ali Məclisin Sədri deyib: Azərbaycan xalqının mübarizlik və vətənpərvərlik əzmini toplu halında nümayiş etdirən tarixi qalalarımızdan biri də Əlincəqaladır. Qala birinci-altıncı əsrlərdən başlayaraq müdafiə istehkamı və yaşayış yeri kimi istifadə olunmuş, 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərmişdir. Naxçıvanın Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu dövrdə Əlincəqalanın iqtisadi və siyasi mövqeyi əhəmiyyətli dərəcədə artmışdır.

“Tarixi qaynaqlar əsas götürülərək dünya əhəmiyyətli abidə olan Əlincəqalanın bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, burada “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin yaradılması da xüsusi məna daşıyır. Əlincəqalada məskunlaşmış insanların yaşayışını və döyüş sənətini özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin muzeydə nümayiş olunması qala sakinlərinin həyatı və qəhrəmanlıq tarixi haqqında dolğun təsəvvür yaradacaqdır.

Ali Məclisin Sədri deyib: Qalaları, tarixi abidələri bərpa etmək keçmişi qorumaq, vətənpərvərlik əzmini yaşatmaq deməkdir. Lakin bununla iş bitmir. Bərpa olunan tarixi abidələr qorunmalı, tədqiq və təbliğ olunmalıdır. Naxçıvanın tarixi abidələrinin öyrənilməsində arxiv materiallarının əhəmiyyətini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi və Akademiyanın Naxçıvan Bölməsi muxtar respublikadan kənarda Naxçıvanın tarixi abidələri, o cümlədən Əlincəqala ilə bağlı mənbə və materialların əldə edilməsini, “Əlincəqala” tədqiqat qrupu isə qalaya aid materiallarının araşdırılmasını davam etdirməli və muzeyin ekspozisiyası bundan sonra da zənginləşdirilməlidir. Əlincəqalanın mübarizlik tarixinin vətənpərvərlik tərbiyəsində mühüm rolu nəzərə alınaraq Təhsil Nazirliyi “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi ilə ümumtəhsil məktəbləri arasında interaktiv dərslərin keçirilməsini, ali və orta ixtisas təhsili müəssisələri isə tələbələrin Əlincəqalaya ekskursiyasını təşkil etməlidirlər. Rabitə və Yeni Texnologiyalar Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan və ingilis dillərində “Əlincəqala” internet saytının yaradılmasını təmin etməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu “Əlincəqala” kitabının hazırlanmasını təmin etməli, Əlincəqala ilə bağlı maarifləndirmə işini gücləndirməlidir.

Əlincəqalada bərpa işlərinin asan başa gəlmədiyini bildirən Ali Məclisin Sədri qalanın bərpasında əməyi olanların hamısına təşəkkür edib, “Əlincəqala” tarixi abidəsinin və muzeyinin açılışı münasibətilə təbriklərini çatdırıb.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək deyib ki, xalq abidələrini yaşadır, abidələr isə xalqı yaşadır. Öz xalqının tarixini yaşadanları isə tarix yaşadır. “Əlincəqala”nın bərpa olunması xalqımızın çoxəsrlik tarixi mədəni irsinə diqqət və qayğının növbəti ifadəsidir. Bərpa işləri əyilməzlik və qəhrəmanlıq rəmzi olan tariximizin yaşadılması, təbliği və öyrənilməsi baxımından yeni imkanlar açıb. Qədim tariximizdən soraq verən “Əlincəqala” abidəsi möhtəşəm görkəmi ilə turistlərin ciddi marağına səbəb olacaqdır. Bu amil nəzərə alınaraq “Naxçıvan-Əlincəqala” turist marşrutu hazırlanıb və buklet halında nəşr olunub. Həmçinin Naxçıvan Turizm İnformasiya Mərkəzinin 3 dildə fəaliyyət göstərən internet saytında da Əlincəqala haqqında məlumat yerləşdirilib.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, “Əlincəqala” tədqiqat qrupunun rəhbəri Vəli Baxşəliyev çıxış edərək deyib ki, tariximizin öyrənilməsi üçün mühüm əhəmiyyəti olan abidələrdən biri də Əlincəqaladır. Bu baxımdan Əlincəqalanın geniş şəkildə araşdırılmasına, mövcud məlumatların ümumiləşdirilməsinə ehtiyac yaranmışdı. Əlincəqalanın xatırlandığı ilk yazılı mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Tədqiqat qrupunun apardığı araşdırmalar zamanı Əlincəqalanın tarixinə aid xeyli yeni faktlar aşkar edilib. Qalada tapılan sikkələr qalanın I-VI əsrlərdə yerli hökmdarların əsas iqamətgahlarından biri olduğunu və Mərkəzi Asiya ölkələri ilə əlaqəsi olan qala-şəhər kimi formalaşdığını təsdiq edir. Həmçinin qala və onun ətrafında olan epiqrafik abidələrin öyrənilməsi bu bölgənin orta əsrlərdə Azərbaycanın mühüm siyasi, sosial və mədəni mərkəzlərindən biri olduğunu göstərir. Tədqiqatlar Əlincəqala toponiminin “Əlincək” tayfa adı ilə bağlı olduğunu və bu tayfaların təqribən III-V əsrlərdə Arazdan şimalda, daha sonra isə Təbrizlə Naxçıvan arasında yerləşdiyini təsdiq edir. Vəli Baxşəliyev tarix və mədəniyyət abidələrimizin bərpası və tədqiqinə göstərdiyi diqqət və qayğıya görə elm adamları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü Asim Əliyev deyib: Tariximizin canlı şahidi olan tarixi abidələrimiz içərisində cəsarət, əyilməzlik simvolu kimi dəyərləndirdiyimiz Əlincəqalanın özünəməxsus yeri vardır. Tarixin çətin, ağır anlarında xalq bəzən bir dağa, bir qalaya, bir dahi Şəxsiyyətə sığınıb və bütün çətinliklərə mərdliklə sinə gərib. “Əlincəqalaya sığınaraq özünü müdafiə edən ulu babalarımızın həyat təcrübəsi biz nəvələr üçün açıq dərs oldu. Bir qalaya söykənib zülmə baş əyməyən babalarımız kimi biz də Əlincə əzəmətli, Əlincə vüqarlı ulu öndərimiz Heydər Əliyevə güvənib bu torpağı namərd düşməndən mərdliklə qoruya bildik. Təkcə qorumadıq, onu başdan-ayağa yenidən qurduq, gözəlləşdirdik, həm də bu əzəmətli, vüqarlı Əlincəqalanın zirvəsində möhtəşəm bir tarixi abidə yaradaraq bir daha gücümüzü göstərə bildik. Əlincəqala bu gündən döyüş meydanı yox, vətənpərvərlik, qəhrəmanlıq meydanıdır. Əlincəqala qəhrəman ulu babaların tarix dolu dünənini bu günkü nəslə daşların, qayaların dili ilə söyləyəcəyi tarix dastanıdır. Naxçıvanın tarixi heç bir dövrdə bu dərəcədə araşdırılmayıb. Tarixi abidələrimizə heç vaxt bu qədər diqqət və qayğı göstərilməyib”, - deyən Asim Əliyev sonra Əlincəqalaya həsr etdiyi “Əlincə” şeirini oxuyub:

Günəş doğdu...ocaq çatdı Əlincə,

Sərt daşları bir rəng aldı-qızılı.

Mənim tarix kitabımdır Əlincə-

Hər sətiri al qanımla yazılı.

Bu torpaqda qan tökəndə yağılar,

Düyünləndi Əlincənin qaşı da.

Əsgər oldu, qılınc oldu, ox oldu,

İgidləşdi qayası da, daşı da.

Heykəl kimi yonulan sərt qayalar

Qılıncların zərbəsindən qopubdur.

Bu daşlara Nəiminin kəlamı,

Nəsiminin qəzəlləri hopubdur.

Əsarətə baş əyməyən qalamız

Al güllərdən al çələnglər toxuyur.

Döyüşlərdən qalib çıxan qalamız

Qəhrəmanlıq nəğməsini oxuyur.

Babaların sönməz Vətən eşqinə

Nəğmə deyən bu çöl, çəmən yaşayır.

Yadlar keçib bu torpaqdan yel kimi,

Yenə torpaq, yenə Vətən yaşayır.

İgidlərin al qanıyla rənglənən

Torpağımın bayrağıdır Əlincə!

Naxçıvanın mərd qalası, ər oğlu,

Düşmənimə göz dağıdır Əlincə!

Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları “Əlincəqala” Muzeyi və tarixi abidəsinə baxıblar.

Məlumat verilib ki, muzey binası 2 iş otağı və ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında ümummilli lider Heydər Əliyevin “Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdığını göstərir” fikri, Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirilir. Buradakı saxsı qab və çıraqlar, Əlincəqala ərazisindən aşkar olunmuş boyalı keramika parçaları Azərbaycanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərən nadir eksponatlar kimi böyük əhəmiyyətə malikdir. Bütün bunlar həm də xalqımızın orta əsrlər dövrünə aid məişət mədəniyyəti haqqında dolğun təəssürat yaradır.

Bərpa işləri zamanı qalanın tarixiliyi qorunub saxlanılıb. Qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Qalanın zirvəsinə doğru yol çəkilib, qala ərazisində işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıllıqlar salınıb. Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Qalanın zirvəsinə gedən yolda daş üzərində həkk olunan “Tarixi yaşadanları tarix də yaşadacaqdır” fikri “Əlincəqala”nın bərpasının xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bir daha təsdiq edir.

Ali Məclisin Sədri Əlincəqalanın zirvəsində Azərbaycan Respublikasının bayrağını qaldırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Sədri, akademik İsmayıl Hacıyev elm adamları və ziyalılar adından minnətdarlıq edərək deyib ki, muxtar respublikada elm, təhsil və mədəniyyətin inkişafına hərtərəfli qayğı göstərilir. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi ilə Naxçıvan tarixinin öyrənilməsi və elmi mühitin inkişafının əsası qoyulub. Bu gün tarixi abidələrimiz bərpa olunur, yeni muzeylər yaradılır, elmi tədqiqatlar aparılır, bir sözlə tariximiz qorunub saxlanılaraq gələcək nəsillərə çatdırılır. Həyata keçirilən bu tədbirlər alim və tədqiqatçılar üçün geniş imkanlar açıb.

Ali Məclisin Sədri Naxçıvan qalalarının, xüsusilə Əlincəqalanın Azərbaycan tarixindəki əhəmiyyətini qeyd edib, Naxçıvan tarixinin öyrənilməsi sahəsində həyata keçirilən tədbirlərin, xüsusilə abidələrin bərpasının bundan sonra da davam etdiriləcəyini bildirib, bu işdə alim və tədqiqatçılara uğurlar arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər