Elm Fondu “Qarabağ Azərbaycandır-2!” adlı qrant müsabiqəsi elan edir
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Elm Fondu azad edilmiş ərazilərimizin inkişafına töhfə verə biləcək müxtəlif elmi sahələrini əhatə edən tədqiqat işlərinin stimullaşdırılması, Qarabağın qədim və orta əsrlər tarixinin araşdırılması, azad edilmiş bölgələrdə arxeoloji tədqiqatların aparılması, Qarabağın və ətraf bölgələrin tarixi-mədəni abidələrinin tədqiqinin həyata keçirilməsi və tarixi həqiqətlərin dünya elminə və ictimaiyyətinə çatdırılması, bölgənin kənd təsərrüfatının inkişafını təmin edən, ekoloji problemlərin aradan qaldırılması, enerji və su ehtiyatının yaradılması, turizm potensialının düzgün qiymətləndirilməsi və istifadəsinə gətirib çıxara bilən fundamental - tətbiqi xarakterli layihələrin həyata keçirilməsi məqsədilə 2023-cü il üçün “Qarabağ - Azərbaycandır-2!” qrant müsabiqəsini elan edir.
Bu barədə AZƏRTAC-a fonddan məlumat verilib.
Bildirilib ki, müsabiqədə iştirak etmək üçün layihələr martın 7-dən aprelin 28-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2023-cü ilin sonunda açıqlanması planlaşdırılır.
Qeyd edək ki, layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat fondun internet səhifəsində dərc olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]