Elm və təhsil naziri Qazaxda vətəndaşlarla görüşəcək
Bakı, 13 iyun, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayev iyunun 19-da Qazax rayonunda vətəndaşlarla görüşəcək.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy sakinləri iştirak edə bilərlər. Həmin rayonların sakinləri iyunun 14-ü saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]
“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
- 30.09.2026 [16:30]