Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elmi konfrans: “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 16-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatının, siyasi fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən sərgi nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan Ədəbiyyat Muzeyinin baş direktoru akademik Rafael Hüseynov dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövləti və xalqı qarşısında tarixi xidmətlərindən, ölkəsinin, xalqının tərəqqisi, rifahi naminə gördüyü misilsiz işlərdən söz açıb. O, Azərbaycan bədii ədəbi irsinin mahir bilicisi olmuş Heydər Əliyevin milli ədəbiyyata, onun ölməz yaradıcılarına qarşı olan xüsusi maraq və sevgisindən bəhs edib. Bildirib ki, ədəbiyyat və mədəniyyət xadimləri ilə şəxsən tanış olan Heydər Əliyev onların yaradıcılığına yaxından bələd idi və bu insanlara xüsusi diqqət və qayğı ilə yanaşırdı.

Akademik Rafael Hüseynov Azərbaycanın görkəmli şəxsiyyətlərinin, elm və mədəniyyət xadimlərinin, klassiklərinin yubileylərinin yüksək səviyyədə qeyd edilməsinin, ədəbiyyat xadimlərinin xatirəsinin əbədiləşdirilməsinin Ümummilli Lider Heydər Əliyevin hər zaman diqqət mərkəzində olduğunu söyləyib. Vurğulayıb ki, milli-mənəvi dəyərlərə yüksək qiymət verən Ulu Öndər hələ keçmiş sovet dönəmində bütün imkanlarını sərf edərək mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına böyük dəstək verirdi. O, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın yalnız XX əsr tarixində deyil, milli tariximizin ən əvəzsiz, nadir şəxsiyyətlərindən biri olduğunu deyib. Bildirib ki, böyük şəxsiyyət Heydər Əliyev siyasətin incəliklərinə, elmin, ədəbiyyatın, incəsənətin ən müxtəlif sahələrinə elə həmin sahələrin təmsilçisi kimi dərindən bələd idi və bu, ona yeni güc verirdi.

“Ulu Öndər ölkəmizə rəhbərlik etməyə başladığı ilk dövrlərdə Azərbaycan dilinin, ədəbiyyatının, mənəviyyatının keşiyində dayanıb”, - deyən akademik Rafael Hüseynov doğma dilimizin hərtərəfli inkişaf etdirilməsində, dövlət dili statusu qazanmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin danılmaz olduğunu vurğulayıb. O, Ulu Öndərin təşəbbüsü ilə 1978-ci il aprelin 27-də Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunduğunu diqqətə çatdırıb.

Baş direktor qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun yeri, rolu və imkanları çox geniş olub. Alimin sözlərinə görə, Ulu Öndər ədəbiyyatın klassik nümunələrinə yaxından bələd idi, ədəbiyyatı qəlbən sevirdi və onun ədəbiyyatın müasir yaradıcılarına səmimi münasibəti var idi. Digər tərəfdən ədəbiyyatın özü də ona güclü Azərbaycan dövlətini qurmaqda, dövlət quruculuğu siyasətinin böyük uğurla həyata keçirilməsində həlledici vasitələrdən istifadə etmək imkanları verirdi.

“Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır”, - deyə bildirən Rafael Hüseynov məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirləri siyahısına daxil edildiyini və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.

Akademik Rafael Hüseynov qeyd edib ki, Ulu Öndərin yaradıcılığını xüsusi qiymətləndirdiyi və xatirəsinin əbədiləşdirilməsi üçün qətiyyətli tədbirlər gördüyü Azərbaycanın görkəmli sənətkarlarından biri də böyük şair və dramaturq Hüseyn Caviddir. Hüseyn Cavidin nəşinin Ulu Öndərin təşəbbüsü nəticəsində uzaq Sibirdən Azərbaycana - öz doğma Vətəninə gətirildiyini vurğulayan məruzəçi onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində də atılan ilk və qəti addımların məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf etdiyini söyləyib. O, Ümummilli Liderin göstərişləri sayəsində Hüseyn Cavidin Bakıda və Naxçıvanda ev-muzeylərinin yaradıldığını, Naxçıvandakı məzarı üzərində məqbərə ucaldıldığını diqqətə çatdırıb.

Qeyd olunub ki, dahi lider müstəqil Azərbaycana rəhbərliyi dövründə “Kitabi-Dədə Qorqud”a da böyük dəyər verib, onun təbliğini diqqət mərkəzində saxlayıb. Ümummilli Liderin 1997-ci il aprelin 20-də imzaladığı Sərəncam əsasında “Kitabi-Dədə Qorqud”un 1300 illiyinin geniş şəkildə qeyd edilməsi üçün hərtərəfli tədbirlər həyata keçirilib. Onun təşəbbüsü ilə “Kitabi-Dədə Qorqud”un 1300 illiyinə həsr olunmuş beynəlxalq tədbir və türkdilli dövlətlərin başçılarının ənənəvi zirvə görüşü eyni vaxtda təşkil olunub. 1998-ci ildə UNESCO-da beynəlxalq simpoziumun təşkili eposun dünya miqyasında təbliği işinə böyük töhfə verib.

Çıxışının sonunda akademik Rafael Hüseynov vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin istiqlalımızın, müstəqilliyimizin qorunub saxlanılmasında tarixi xidmətləri olub. Ulu Öndərin bütün xidmətlərinin fövqündə həmişə bu istiqlalımızı qorumaq, yaşatmaq, onu dönməz, əbədi etmək olub. Azərbaycan var olduqca görkəmli şəxsiyyət Heydər Əliyevin xatirəsi daim anılacaq, onun dövlətçilik fəaliyyəti, Azərbaycan xalqına qoyub getdiyi mənəvi irs araşdırılacaq və öyrəniləcək.

Daha sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.

“Heydər Əliyev və klassik Azərbaycan ədəbiyyatı”, “Heydər Əliyev və müasir Azərbaycan ədəbiyyatı”, “Azərbaycan ədib və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin xidmətləri”, “Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” abidəsinin öyrənilməsində yeni mərhələ”, “Heydər Əliyevin dövlət siyasətində mədəni irs və klassiklərimizin Azərbaycan böyüklüyünün rəmzi kimi istifadəsi” bölmələrini əhatə edən tədbirdə müxtəlif mövzularda məruzələr dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib