Elmin İnkişafı Fondu “Evdə qal, elmdən qalma” videoçarxı hazırlayıb
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu "Evdə qal" aksiyasına qoşulub.
AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı elan olunan karantin rejimi günlərində vətəndaşlarımızı "Evdə qal"mağa səsləyən Fond bu müddəti bir fürsətə çevirərək faydalı işlər görməyin, elmi fəaliyyətə daha çox vaxt ayıraraq səmərəli nəticələrə nail olmağın mümkünlüyünü qeyd edib.
Bununla bağlı hazırlanmış videoçarxda ölkəmizin bir qrup istedadlı tələbə və şagirdləri müxtəlif dillərdə "Evdə qal, elmdən qalma", - deyərək müraciət ediblər.
Bundan başqa, Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova bir aylıq maaşını COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə dəstək olmaq üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:12]
BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb
- 13.10.2026 [17:35]
BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir
- 13.10.2026 [17:33]
AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb
- 13.10.2026 [17:02]
MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb
- 13.10.2026 [16:38]
ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər
- 13.10.2026 [16:28]