Əmanətlərin 57,7 faizi milli valyutada qoyulub
Bakı, 30 may, AZƏRTAC
Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 27,3 faiz artaraq 2022-ci il aprel ayının 1-nə milli valyuta ekvivalentində 10 milyard 372 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanətlərin 57,7 faizi milli, 42,3 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 47,9 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 7 faiz artıb.
Aprel ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,84 (1,89) manata, 100 türk lirəsinə 11,56 (12,08) manata, 100 rus rubluna 2,11 (2,02) manata bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]