Əmək fəaliyyətinə başlayan doqquz nəfər “Maarifçi”dən üçü BDU məzunudur
Bakı, 29 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan “Maarifçi” tələbə-məzun təcrübə proqramını başa vuran, eləcə də nazirliyin müxtəlif strukturlarında əmək fəaliyyətinə başlayan doqquz nəfərdən üçü Bakı Dövlət Universitetinin (BDU) məzunudur.
Universitetdən AZƏRTAC-a bildirilib ki, onlardan Nigar Rəhimli BDU-nun Hüquq fakültəsinin hüquqşünaslıq ixtisası, Səbinə Hüseynova Mexanika-riyaziyyat fakültəsi üzrə “SABAH” qruplarının riyaziyyat müəllimliyi ixtisası, Arzu Gülməmmədova isə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin politologiya (bakalavr) ixtisası və beynəlxalq münasibətlər (magistratura) ixtisaslaşması üzrə məzunudur.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarında təcrübə imkanları yaradan və 3 ay davam edən “Maarifçi” proqramını 24 nəfər müvəffəqiyyətlə bitirib. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik və bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərmək olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:09]
Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində
- 16.10.2026 [14:06]
Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]
AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub
- 16.10.2026 [10:27]