Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əmək müqaviləsi olmadan işləmək ilk növbədə işçinin özü üçün zərərlidir

Əmək müqaviləsi olmadan işləmək ilk növbədə işçinin özü üçün zərərlidir

Bakı, 14 fevral, AZƏRTAC

Son illər qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə mövcud hüquqi baza təkmilləşdirilib və bir sıra normativ hüquqi aktlar qəbul edilib. “Məşğulluq haqqında” qəbul edilən yeni Qanunda və fevralın 13-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq etdiyi “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda layiqli əməyin təmin edilməsi və qeyri-formal məşğulluğa qarşı mübarizə sahəsində mühüm tədbirlərin görülməsi nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov AZƏRTAC-ın müxbiri ilə söhbətində ölkəmizdə qeyri-formal məşğulluqdan formal məşğulluğa keçid barədə danışarkən deyib:

- Həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq və əhatə dairəsini genişləndirmək məqsədilə ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri ilə sıx əməkdaşlıq qurulub. 2018-ci il yanvarın 1-dən qüvvəyə minən “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq yaradılan İşsizlikdən Sığorta Fondu aktiv məşğulluq tədbirlərinin sayının artırılmasına və onun əhatə dairəsinin genişləndirilməsinə imkan verib. Elə bunun nəticəsində 2018-ci ildə özünüməşğulluq proqramı 6,5 dəfə genişləndirilib,

ona 7 min 267 nəfər cəlb olunub. Keçən il isə proqrama cəlb olunanların sayı 10 min 352 nəfərə çatıb.

İşçilərin və işəgötürənlərin formal məşğulluğa marağını artırmaq məqsədilə 2019-cu il yanvarın 1-dən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergiödəyicilərində işləyən fiziki şəxslər muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisindən azad edilib, habelə məcburi dövlət sosial sığorta haqları üzrə maliyyə yükü işçilərlə işəgötürənlər arasında optimal bölüşdürülüb.

Vergi yükünün optimallaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən 2019-cu ilin yanvarın 1-dən sadələşdirilmiş verginin dərəcəsi bütün ölkə ərazisində 2 faiz müəyyən edilib. Həmçinin özünüməşğul əhali kateqoriyasından olan bərbər, ofisiant, dərzi, çəkməçi və s. fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər üçün sabit vergi nəzərdə tutulub.

- Elnur müəllim, görülən tədbirlər hansı müsbət dəyişiklərə səbəb olub?

- İnzibatçılığın təkmilləşdirilməsi və sahibkarların işinin yüngülləşdirilməsi üçün məcburi sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və əməkhaqqından tutulan gəlir vergisinin toplanmasının vergi orqanları tərəfindən həyata keçirilməsinə başlanılıb. Bu, sahibkarlıq subyektlərinə hesabatların “bir pəncərə” prinsipi əsasında təqdim olunmasına və nəzarət tədbirlərinin bir orqan tərəfindən həyata keçirilməsinə imkan verib. Qeyri-formal məşğulluğun aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər bir sıra müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əmək Müqaviləsi Bildirişi altsisteminin məlumatına görə, keçən ilin axırlarında əmək müqaviləsi bildirişlərinin sayı 1 milyon 554 min 420-ə çatıb. Başqa sözlə, 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artıb. Artımın 99 mini özəl sektorun, 54 mini isə dövlət sektorunun payına düşüb. Ötən il əməkhaqqı fondu isə 42,3 faiz artıb, onun 39 faizi özəl, 45 faizi isə dövlət sektoruna aid olub. Median əməkhaqqında da 52 faiz artım baş verib.

Ötən il dövlət başçısının müvafiq fərmanları ilə minimum əməkhaqqının 93 faiz artırılması və digər mühüm sosial tədbirlər qeyri-formal məşğulluğun azaldılmasına müsbət təsir göstərib, əməkhaqlarının rəsmiləşdirilməsi və əmək müqavilələrinin bağlanılması məsələlərində xeyli irəliləyişlər əldə edilib.

Əmək müqaviləsi ilə işləyən şəxslər qanunvericilik çərçivəsində onlar üçün nəzərdə tutulmuş sosial təminatlardan istifadə etmək hüququ qazanıblar. 2019-cu il ərzində əmək müqaviləsi artımı ən çox artım topdan və pərakəndə ticarət (28 min 831nəfər ), emal sənayesi (14 min 112 nəfər), tikinti (10 min 296 nəfər), dövlət idarəetməsi və müdafiə (51 min 443 nəfər) və digər sahələrdə müşahidə edilib.

Ümumilikdə isə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yarandığı 2017-ci il aprelin 1-dən bu il yanvarın 1-dək 276 min 444 əmək müqaviləsi bildirişi artımı müşahidə olunub. Əmək müqaviləsi olmadan işləmək ilk növbədə işçinin özü üçün zərərlidir. Məsələ burasındadır ki, müqavilə ilə işlədikdə işçinin sağlam və təhlükəsiz əmək şəraitində işləmək, minimum əməkhaqqı məbləğindən az olmayaraq əməkhaqqı ilə təmin olunmaq, pensiya təminatı hüququna malik olmaq, iş vaxtından artıq işlədikdə əlavə əməkhaqqı almaq, ödənişli məzuniyyətə çıxmaq, müxtəlif səbəblərdən iş yerini itirdikdə işsizlikdən sığorta ödənişi ilə təmin olunmaq hüququna malik olur. Müqaviləsiz işləyən işçi isə bütün bunlardan məhrum olur.

- Qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində başqa hansı tədbirlər görülür?

- Qeyri-formal məşğulluğa qarşı mübarizədə inzibati tədbirlərlə yanaşı, təbliğat və maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət daşıyır. Son bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən paytaxtda və bölgələrdə qeyri-formal məşğulluğun qarşısının alınması mövzusuna həsr olunan maarifləndirici tədbirlər keçirilib. Həmin mövzuda 60-dan çox yazılı məlumat, 80-dək süjet, 10 sosial çarx, 20-dən çox poster hazırlanaraq kütləvi-informasiya vasitələri və sosial şəbəkələrdə yayılıb. Əmək müqaviləsinin əhəmiyyətini təşviq edən kreativ mesajların ictimai yerlərdə nümayişinə başlanılıb. Tanınmış şəxslər və blogerlər təbliğat kampaniyasına cəlb edilməklə videoçarxlar, həmçinin 50 mindən çox buklet hazırlanaraq yayımlanıb. Qeyri-formal məşğulluqdan zərər çəkənlər və formal məşğulluğun faydası barədə qısametrajlı sənədli filmlərin çəkilişləri davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir