Əmək və əhalinin sosial müdafiəsi naziri Ağstafada vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 16 aprel, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev aprelin 25-də Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarının sakinlərinin müraciətlərini dinləyəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin gün vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar aprelin 16-18-də nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar müraciət üçün yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:18]
Məktəblərdə etik mühit və şagird davranışları
- 09.06.2026 [16:58]
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
- 09.06.2026 [16:04]