ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Qonaqları səmimi salamlayan nazir qeyd etmişdir ki, Azərbaycanda əhalinin, o cümlədən gənclərin məşğulluğunun təmin edilməsi ən vacib məsələlərdən biri kimi, ölkəmizin başçısının daim diqqət mərkəzindədir. Bu məsələlər, həmçinin “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nda və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramında öz əksini tapmışdır.
Xanım Martina Lubyova Azərbaycanda bu sahədə görülən işlərdən məmnun olduğunu bildirmiş, milli məşğulluq strategiyası üçün fəaliyyət planından bəhs etmiş, indiyədək bu sahədə həyata keçirilən tədbirləri xüsusi vurğulamışdır. Qonaq bildirmişdir ki, aprelin 1-də və 2-də nazirliyin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, işəgötürənlərin, BƏT-in Cenevrə və Moskva nümayəndələrinin iştirakı ilə Azərbaycanda sosial məşğulluq mövzusunda keçiriləcək seminar da bu sahədə görülən işlərin davamı kimi qiymətləndirilməlidir. Görüşdə Avropa ölkələrinin bu sahədəki təcrübələrinin öyrənilməsinin məqsədəuyğun olduğu qeyd edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]