Əməkdar məşqçi Hacıbaba Əsgərovun xatirəsinə həsr olunmuş ağır atletika turniri keçiriləcək
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 22-də “AAAF Park” yaşayış kompleksinin yarış zalında Azərbaycanın Əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Hacıbaba Əsgərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə respublika turniri keçiriləcək.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, şəxsi xarakter daşıyan yarışda qadın və kişi atletlərlə yanaşı, ustadlar da iştirak edəcəklər. Qaliblər Sinkleyr cədvəli əsasında müəyyən ediləcək. Qalib və mükafatçılara müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim olunacaq.
Xatirə turnirinin təşkilində məqsəd Hacıbaba Əsgərovun həyat yolunun və idman fəaliyyətinin gənc idmançılar arasında təbliği, ağır atletikanın inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]