CƏMİYYƏT
Emin Ağalarov “Sea Breeze” ərazisində Yeni il xeyriyyə şənliyi təşkil edib




Bakı, 28 dekabr, AZƏRTAC
“Sea Breeze Event Hall”da xeyriyyə məqsədli böyük Yeni il şənliyi keçirilib, tədbirə uşaq evlərində tərbiyə alan azyaşlılar, şəhid övladları və aztəminatlı ailələrdən olan uşaqlar dəvət olunub. İrimiqyaslı bayram tədbiri “Agalarov Development” şirkətinin prezidenti, Xəzərin sahilindəki “Sea Breeze” kurort şəhərciyinin sahibi Emin Ağalarovun təşəbbüsü ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, uşaqlar üçün interaktiv formatda teatr tamaşası və əyləncələr təşkil olunub. Bütün uşaqlara hədiyyələr də təqdim olunub.
“Rəhbərimizin və şirkətimizin prioritet məqsədlərindən biri sevgiyə və qayğıya ehtiyacı olan uşaqlara kömək etməkdir. Yeni il belə böyük mehriban uşaq kampaniyasında yığışmaq və bu sehrli, əziz bayramı birlikdə qeyd etmək üçün çox gözəl səbəbdir”, - deyə “Sea Breeze”in meneceri Qəmbər Bənənyarlı deyib. O, həmçinin bildirib ki, “Sea Breeze”də xeyriyyə məqsədilə keçirilən böyük Yeni il şənliyi ənənəvi olaraq hər il keçiriləcək.
Şaxta baba və Qar qızla yolka ətrafında xor ifası gecənin təsirli kulminasiyası olub. Uşaqlar sanki bir-biri ilə yarışaraq onlarla uğurları və nailiyyətlərini bölüşməyə, şeirlər oxumağa, şəkil çəkdirməyə və əlbəttə ki, hədiyyələr almağa tələsirdilər.