EMTA-nın İdarə Heyətinin sədri Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib
Bakı, 14 oktyabr, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasına (Energy Regulators Regional Association - ERRA) üzv qurumların rəhbərlərinin oktyabrın 13-də Ankarada keçirilən görüşündə iştirak edib.
EMTA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ERRA-ya üzv olan tənzimləyici qurumların qarşılaşdığı aktual məsələlər müzakirə olunub. Tədbir üzv ölkələrdə elektrik enerjisi və qaz təchizatı, bərpaolunan enerji, eləcə də istehlakçılarla bağlı məsələlər barədə iştirakçıların məlumatlandırılması üçün fürsət yaradıb.
Tədbir çərçivəsində baş tutmuş sessiyalarda pərakəndə satış bazarlarının liberallaşdırılması, elektrik enerjisi xərclərinin subsidiyalaşdırılması, liberallaşdırılmış pərakəndə satış bazarlarında qiymətlərin tənzimlənməsinə dair təqdimatlar dinlənilib, bu sahələrdə müxtəlif ölkələrin təcrübəsinə nəzər yetirilib, eləcə də maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin son sessiyasında ERRA-nın komitələrinin hesabatlarının əsas nəticələri dinlənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]