“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış başa çatıb
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda keçirilən yarış başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb, heyətlərin bilik və bacarıqları artırılıb, döyüş vərdişləri təkmilləşdirilib. Komandalar sürücülük, gecə və gündüz vaxtı atış, fiziki hazırlıq və digər məşğələlər üzrə məqbulları müvəffəqiyyətlə yerinə yetirib, eləcə də verilən tapşırıqlar dəqiq, vaxtında və düzgün icra olunub.
Yekunda “Ən yaxşı tank bölüyü” adına layiq görülən heyət müəyyənləşib. Komissiya heyətinin yekun nəticələrinə əsasən, birinci yerə “Beyləqan” komandası, ikinci yerə “Bərdə” komandası, üçüncü yerə “Şəmkir” komandası layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]