Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əqdəs Bağırzadə: Fotoqrafiya müəyyən bir anın, gözümüzün qarşısından ötüb keçən keçmişin salnaməsidir

Bakı, 6 mart, Tatyana İvanayeva, AZƏRTAC

İncəsənət müəllifin təfəkkürünün aynasıdır. Fotoqrafiya isə onun düşüncələrinin və həyata baxışının, bəsirətinin və ən vacib olanı sezməsinin ön plana çıxdığı həyat reportajıdır...

Əqdəs Bağırzadə tanınmış fotoqrafdır. Onun peşəkar portfeli cəmi bir səhifədən ibarətdir. Onun insanı düşünməyə sövq edən fotoşəkilləri mütləq diqqəti cəlb edir. Əqdəsin öz yaradıcılığı haqqında söhbətlərinə qulaq asarkən başa düşürsən ki, fotoqrafçılıq həm də bir növ terapiyadır və hissləri üzə çıxaran lakmus kağızıdır.

- Fotoqraf kimi fəaliyyətinizdə memarlığa yönəlmiş ciddi səy var.

- Bəli. Bundan əlavə, sənədli fotoqrafiya ilə də maraqlanıram. Yaradıcılığımın müəyyən mərhələsində köhnə fotoşəkillərin bərpası ilə maraqlandım və ABŞ-ın Kanzas Universitetində musiqi və vizual layihələrin kuratorluğu sahəsində əldə etdiyim biliklərlə yanaşı, ağ-qara fotoşəkillərin bərpaçısı kimi də bacarıqlarımı təkmilləşdirdim.

Artıq iyirmi ildir ki, “XIX-XX əsrlərdə Bakının memarlıq irsi” mövzusunu öyrənirəm, amma buna bir tədqiqatçı kimi yanaşıram. Mən fotoşəkil çəkməyə başlamazdan əvvəl üç il bu mövzunu öyrəndim. Arxivdə oturub çoxlu məlumat əldə etdim. Bakının inqilabdan əvvəlki, sovet və indiki dövrlərə aid küçə adlarının siyahısını yenidən yaratdım. Bu layihə ideyası əvvəlcə tarixçi-tədqiqatçı kimi çəkilişin mövzusunu anlamaq baxımından yanaşma tərzini nəzərdə tuturdu.

- İdeyanın mənbəyi haradan oldu?

- Şəhərin “gedəcəyi” anlayışından. Geriyə dönməz şəkildə. Müəyyən yerləri itiririk. Tarixi binalar, fraqmentlər, ruh... Şəhər dəyişir.

- Tamamilə normal prosesdir...

- Həm bəli, həm də yox... Dünya təcrübəsində belə nümunələr var ki, “memarlıqda tarix daşıyıcıları” öz orijinallığını qorumaq üçün xüsusi diqqət və qayğıdan istifadə edirlər. Mülk sahibi olsalar da, onların bir çoxunun xüsusi komissiyanın icazəsi olmadan tikililərə “barmaqla toxunmaq” hüququ yoxdur. Binanın ilkin ümumi görünüşünü itirməmək üçün hətta pəncərə tutacaqlarının da bərpa olunduğunu biləndə təəccübləndiyimi xatırlayıram. Məsələn, Budapeştdə mərkəzi küçələrdə gəzməklə keçmişə səyahət edirsiniz. Mənim üçün Bakının, doğma şəhərimin yoxa çıxması prosesi ürəyimdə artan bir ağrıdır. Bakımı birtəhər qorumaq istəyi məni arxiv sənədlərini araşdırmağa sövq etdi. Onlar olmasaydı, plan tamamlana bilməzdi. Məni ən çox ilk neft bumu dövründə inqilabdan əvvəlki Bakı maraqlandırır. Onun tarixinin mühüm bir parçası olsa da, sonradan şəhərin memarlıq görkəminə əlavələr mənə yaxın deyil.

- Fotoqraf arxivə yollandı...

- Sonra şəhər arxivində Nonna Qriqoryevna Fişyevanın köməyi və dəstəyi ilə o dövrə aid Bakının mənzərəsini əks etdirən fotoşəkilləri bərpa etməyə başladım. Bu gün onlar geniş yayılıb və demək olar ki, hər kəsə tanışdır. Zəhmət tələb edən iş görüldü. O vaxt biz böyük tematik albom buraxmağı planlaşdırırdıq, lakin təəssüf ki, Nonna Qriqoryevna dünyasını dəyişdi və onun vəfatı ilə mövzu aktuallığını itirdi. Mənə çoxlu material qaldı və onların bədii “səs” əldə edəcəyi bir format tapmaq qərarına gəldim. Köhnə kadrlarda çəkilmiş yerləri və onların indiki zamanda necə göründüyünü axtarmağa başladım. Beləliklə, iki dövrü bir növ müqayisə edirik. Bəzi yerlər tanınmaz dərəcədə dəyişib, yalnız tapılan çəkiliş nöqtəsinin düzgünlüyünü təsdiqləyən müəyyən konkret nüanslar var. Buna görə də layihənin adı “Baku. Then & Now” (“Bakı. Dünən və bu gün”) oldu.

- Mərhələlərin özünəməxsus keçidi baş verdi?

- Bəli, haqlısınız. Bu, bir növ mərhələlərdən keçməkdir. Mən layihə ilə böyüdüm və onun üzərində işləyərkən başa düşdüm ki, yalnız binaların fasadlarını çəkmək artıq kifayət deyil. Layihənin ikinci mərhələsi ilk neft bumu dövründən Bakı evlərinin giriş qapıları ilə bağlı idi. Mənzillərə girərkən tez-tez “Avropasayağı təmir öz sözünü dedi” faktına rast gəlirdim. Ancaq ön qapılarda qədim irsin ruhu aydın görünürdü. Hökumət binalarında olanların şəklini çəkmək üçün xüsusi icazələr alındı və yaşayış binalarında isə sakinlərin köməyinə arxalandıq. Yavaş-yavaş bakılıların gələcək nəslinə yönəlmiş “XIX-XX əsrlərdə Bakının memarlıq irsi” adlı şəxsi arxivim tərtib olundu.

- Sizə qalan yeganə “qəhrəman” Bakıdırmı?

- Bu layihə hələ tam həyata keçirilməyib. Şəhərətrafı kəndlərimizdə də bu işləri görmək istəyirdim, amma obyektiv səbəblər daha da irəli getməyə imkan vermədi. Ancaq Bakıətrafı qəsəbələrin bəziləri əhatə olunub. Məsələn, Şəmsi Əsədullayevin Bakıdakı evinin, Əmircanda tikdirdiyi məscidin təsvirini yaratmışam. Bununla yanaşı, Hacı Zeynalabdin Tağıyevin Bakıda, indiki Azərbaycan Tarixi Muzeyində olan evini lentə alarkən onun tikdirdiyi, hazırda Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun yerləşdiyi Müsəlman Qızlar Məktəbindən yan keçə bilmədim. O dövrün ən zəngin sənayeçisinin qadınların təhsilinə verdiyi böyük əhəmiyyəti göstərmək mənim üçün vacib idi.

Qüllələr haqqında silsilə üzərində işləmək də maraqlı idi. Axı “Qız qalası”ndan başqa Nardaranda, Mərdəkanda, Şağanda da qüllələr var. Həmin dövrdə Balaxanı kəndinin müasir restavrasiya prosesindən əvvəl şəklini çəkmək üçün layihə həyata keçirilib. Həmin Bakı milyonçuları bu kənddə özlərinə ev tikiblər.

- Yay iqamətgahları?

- Təsəvvür edin ki, yox! Əvvəlcə mən də belə düşünürdüm. Amma yalnız orada olanda bu evlərin necə olduğunu başa düşdüm. Milyonçu sənayeçilər Bakıda evlər tikir, avropalı memar və rəssamları dəvət edirdilər. Beləliklə, özümü Balaxanı bəylərinin və tacirlərinin evlərində tapanda mədəni sarsıntı yaşadım. Kənardan olduqca təvazökar görünür, amma içəri girəndə sanki başqa bir dünyaya qədəm qoyursan. Xatırlayıram, bir ev məni valeh etdi: onun rəsmləri Moskva Kremlini xatırladırdı. Sadəcə, təsəvvür etmək belə mümkün deyil! Şəhərin hüdudlarından kənarda yerləşən evlər paytaxtın “Avropa” evlərindən üslub və bəzək baxımından çox fərqli idi!

- Sizi cəlb etdi?

- Deyərdim ki, zövqümü oxşadı... Araşdırmalarımı davam etdirərkən bəzi milyonçularımızın evlərinin Tiflisdə tikilməsi faktlarına da rast gəldim. Beləliklə, mən onları Tiflisə səyahət edərkən tapdım. Eyni zamanda, bu ölkənin sərvətindən istifadə edərək Azərbaycanda var-dövlət qazanan və qonşu dövlətin paytaxtında özünə ev tikən milyonçunun milliyyətinə önəm vermədik. Maraqlıdır ki, Tbilisi evlərinin daxili bəzəyi Bakıda olanlardan heyrətamiz dərəcədə fərqlənir. Fərqli üslub və görkəmə malikdir. Bu memarlıq obyektlərini çəkərək başa düşürəm ki, mən doğma şəhərimə həvəs və məhəbbətlə başlayıb onun digər şəhərlərin şəhərsalma tarixinə təsirini də genişləndirmişəm.

Çox vaxt layihələrimin təqdimatında məndən soruşurlar ki, niyə Bakıya aid layihələr üzərində işləyirəm. Bu cür suallara bir cavabım var: “Mən bakılıyam!”

Mənim də musiqi təhsilim var və əslində, bir çox layihələrimin memarlıq haqqında deyilənlərə – daşda musiqi olduğuna dair fikirlərə birbaşa uyğun gəlir.

- Bununla nə demək istəyirsiniz?

- Memarın baxışı ilə adi insan vizyonu diametral şəkildə ziddiyyət təşkil edir. Beynimiz məlumatı ölçülmüş dozalarda qəbul edir. Ona görə də mən hər bir binanın “həyatının” bütün dövrlərini, o cümlədən onu tikən və orada yaşayan ailələri əhatə edərək, bu tikilinin arxa planı barədə danışıram. Monitorda evin bədii obrazını yaradan musiqi parçaları ilə müşayiət olunan, özümün hazırladığı slayd-şou var. İki sənət növü arasında əməkdaşlıq yaranır. Beləliklə, fotoqraf yolunu seçərkən musiqini bir kənara qoymadım. Mən bu formatda layihələr təqdim etməklə o dövrün Bakısına virtual tur aparıram: evlər, giriş qapıları, müəyyən tarixə malik küçələr...

- Çəkilişlərin “qəhrəmanını” seçərkən onunla dialoq qurmağa çalışırsınız?

- Mütləq! Əks halda, onun obrazını yaratmaq mümkün olmayacaq. Seçilmiş evin enerjisini çatdırmaq üçün onu hiss etmək lazımdır. Elə bir vəziyyət yaranmışdı ki, mən yalnız üçüncü cəhddə ön qapının şəklini çəkə bildim. Çəkilişlər yaxşı getmədi və nəticədə çəkilən kadrlar ruhsuz idi. Yenə qayıdıb “kiminlə və ya nə iləsə” dialoqumu xatırlayıram. Mən zehni olaraq icazə istədim. Bu cəhdlərim alındı. Sanki ətrafda nəsə dəyişdi və göz “görməyə başladı”. Bu kadrlar sonradan layihə və təqdimata daxil edilib. Mənim sadəcə olaraq “canlı” olmayan evlərim var. Yadımdadır, tam sökülmədən bir neçə saat əvvəl bir evi çəkmişdim. Onları razı sala bildim ki, məni pəncərəsi, qapısı olmayan binanın içərisinə buraxsınlar. Kamera obyektivi unudulmuş bəzi fraqmentləri çəkdi...

- Belə anları necə yaşayırsınız?

- Çətinliklə. Çünki bu, təsvirolunmaz gözəllik idi. Bu, Musa Nağıyevin evlərindən biri idi, o vaxt Dimitrova adlanan küçədə Zeynalabdin Tağıyevin evinin yanında yerləşirdi. İçəri girəndə sevindim, çünki xaraba vəziyyətdə belə öz əzəmətini saxlayırdı: kamin hörgüləri, lehimlər, monoqramlar... Bu, əsl sənət əsəri idi. Yaxud Beşmərtəbə dairəsində tut ağacının arxasındakı evin həyətini çəkdiyim kadrlar var. Həmin çəkilişdən bir kadr ürəkaçandır: yarımçıq qalmış mənzilin barmaqlıqları arasından şəhərin “Sovetskaya” küçəsi adlanan, həm də artıq mövcud olmayan bir hissəsinin üstündən günəşin qürubu görünür...

- Fotoqrafların konkret bir anı dayandırdığını deyə bilərikmi?

- Əlbəttə. Fotoqrafiya bir andır! Həqiqi olan indiki anı əks etdirir. Hətta bu söhbətimiz də bir növ keçmişdə və gələcəkdə eyni vaxtda olduğumuz formatdır. Fotoqrafların keçid anında çəkdiyi, praktiki olaraq, insan tərəfindən hiss olunmayan incə xətdir və bu, dərhal baş verir. Fotoqraf öz obyektivinin “gördüklərini” baxış prizmasından keçirir. Diqqət yetirin ki, həmin an hər kəs üçün fərqlidir, ancaq bunu yalnız müəllif çəkə bilir. Deməli, həqiqətən də bir fotoşəkil gözünüzün önündə keçmişə uzanan bir anın xronikasıdır. Bu bir növ sirdir. Amma fotoqrafiya sənətindən danışarkən, bunun çox geniş və elastik bir anlayış olduğunu dərk etməliyik. Burada reportaj, sənədli və bədii filmlər var. Hər kəs özünə yaxın olanı seçir.

- Sizə daha yaxın olan nədir?

- Birmənalı olaraq, mən reportyor deyiləm. Fotoqraf və sənədli film rejissoruyam. Bədii filmlərdən daha çox sənədli filmlərə baxmağa maraq göstərirəm. Təcrübəm göstərir ki, kino istehsalının bu sahəsində işləmək mənim üçün daha maraqlıdır.

- Beynəlxalq layihələrin fəal iştirakçısısınız. Memarlıq layihələriniz hansı sərgilərdə təqdim olunub?

- Məsələn, “Salam Azərbaycan” fərdi sərgisi ilə Londonda və ABŞ-ın ştat və şəhərlərində səfərlərdə oldum, habelə “İçərişəhər – şəhər daxilində şəhər” layihəsi ilə Çində memarlıq kateqoriyası üzrə beynəlxalq müsabiqəndə qalib gəldim. Özbəkistanda keçirilən Biennaledə “İçərişəhərin qapıları” layihəsi qızıl medala layiq görülüb. Bu, sadəcə, uğurların kiçik bir hissəsidir...

- Siz, həmçinin bir çox layihələrin kuratoru kimi tanınırsınız.

- Musiqi təhsilim, sertifikatlı menecer təhsili almağım və Kanzas Siti Universitetində incəsənət sahəsində əldə etdiyim biliklər həm milli, həm də beynəlxalq kuratorluq musiqi və vizual layihələri həyata keçirməyimə kömək edir. Beynəlxalq festivalların yaradıcı direktoru, sərgi və konsertlərin kuratoru kimi təcrübəm var. Bu həm də yaradıcılığımın sevimli sahələrindən biridir.

- Memarlıqdan başqa, yaradıcılığınızda fotoqrafiyanın daha hansı sahələri yer alır?

- Memarlıqla yanaşı, uzun illərdir ki, dünyagörüşümlə bağlı bədii konseptual fotoqrafiyanı təqdim edən “The Other Side of Me” layihəsi üzərində işləyirəm. Mən bu layihəni 59-cu Venesiya Biennalesində milli pavilyonda təqdim etmək şərəfinə nail oldum. Bu, mənim rəssam kimi karyeramdakı mühüm nailiyyətlərdən biri idi.

Bununla yanaşı, UNESCO-ya təqdim olunmuş Azərbaycanın qeyri-maddi irsinin sənədlərinin yaradılmasında iştirak etmişəm. Musiqi irsi ilə bağlı çəkdiyim fotoşəkillər “Azərbaycan muğamı”, “Aşıq sənəti”, “Azərbaycan tarı” kimi fayllardadır. Həmçinin əsərlərim İtaliyada nəşr olunan Azərbaycan Musiqi Antologiyasının disklərini bəzəyir. Hər şeyi sadalamaq mümkün deyil.

Hələ nə qədər fotomaterial da öz vaxtını gözləyir...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili