ERMƏNİ VƏHŞİLİKLƏRİ HAQQINDA YENİ FİLM ÇƏKİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi “Ermənilər: mif və həqiqətlər” adlı sənədli filmin çəkilişini başa çatdırmışdır.
Film son iki əsrdə Qafqaz regionunda süni surətdə yaradılan erməni probleminə həsr olunmuşdur.
Filmin ssenari müəllifi və rejissoru Nazim Rza İsrafiloğlu bildirmişdir ki, bu ekran əsərinin əsas məqsədi erməni millətçilərinin ayrı-ayrı vaxtlarda müxtəlif bölgələrdə törətdikləri cinayətlər, milli qarşıdurmalar, soyqırım siyasəti haqqında əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.
Elmi-kütləvi janrlı sənədli filmin çəkilişləri Quba, Salyan, Neftçala, Şamaxı, Lənkəran, Bakı şəhərləri ilə yanaşı, Gürcüstan və Türkiyədə də aparılmışdır.
Bundan əlavə, filmdə dünyanın aparıcı dövlətlərinin zaman-zaman üzdəniraq erməni amilindən yararlanaraq, öz milli maraqları naminə yürütdükləri siyasətə də toxunulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]