Erməni xalqına rəvayət yox, çörək lazımdır
Bakı, 23 dekabr (AZƏRTAC). Cari ilin yekunlarına dair Yerevanda mətbuat konfransı keçirən Erməni Milli Konqresinin üzvü, keçmiş baş nazir Qrant Baqratyan bəyan etmişdir ki, 2011-ci ildə Ermənistan hökuməti irəliyə doğru bir addım belə atmamışdır.
Bu barədə məlumat verən “ Novosti Armenia” agentliyi keçmiş baş nazirə istinadla bildirir ki, hakimiyyət nümayəndələri ümumi daxili məhsul istehsalının 4 faiz artdığını bəyan edirlər. Lakin 1 milyondan çox adamın ölkəni tərk etdiyi bir vaxtda bu göstərici çox gülməli görünür. Əhalinin ölkədən köçməsi nəticəsində kəndlər boşalmışdır. Boş qalan kəndlərdə məhsul istehsalının 10 faiz artımını iddia etmək heç bir məntiqə sığmır.
Ərzaq və sənaye məhsullarının qiymətlərinin yüksəlməsi, inflyasiya, milli valyuta olan dramın dəyərini itirməsi, əmək haqqı və pensiyaların cüzi olması xalqı səfalət vəziyyətinə salmışdır.
Qonşularla münaqişə vəziyyətində olan Ermənistan ölkəyə idxal və ixrac etdiyi məhsulları dolayı yollarla aparmaq məcburiyyətində qalır ki, bu da onsuz da zorla doldurulan dövlət büdcəsinə baha başa gəlir.
Xarici siyasətdə uğurlar əldə etməsi ilə öyünən hakimiyyət nümayəndələrinə cavab verən keçmiş baş nazir demişdir ki, Fransa parlamentinin qəbul etdiyi qanuna əsasən erməni soyqırımını tanımayan minlərlə adam həbsxanaya salınsa da erməni xalqının ac qarnı doymayacaq. Erməni xalqına rəvayət yox, çörək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]
Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir
- 18.09.2026 [13:55]