Ermənilərin mənəvi-psixoloji vəziyyəti beynəlxalq yarışları və turnirləri təşkil etməyə imkan vermir – Rəy
Bakı, 15 aprel, AZƏRTAC
Ermənistanda ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılması Ermənistanın hələ də dövlət səviyyəsində bizə qarşı yürütdüyü nifrət siyasətinin nəticəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.
“Vətən müharibəsində və ondan sonrakı dövrdə Azərbaycan əsgərinin hər gün 150 kvadrat-kilometr ərazi azad edərək həmin ərazilər üzərində bayraq qaldırmasına mane ola bilməyənlərin zərif bir qız uşağının əlindən Azərbaycan bayrağının alınması və onu yandırması sadəcə zəiflik və məğlubiyyət sindromunun göstəricisidir.
Baş vermiş bu hadisə bir daha onu göstərir ki, Ermənistanda bu gün də milli, dini ayrı-seçkilik, rasizm və türk düşmənçiliyi hökm sürür. Avropa və bir çox dünya idman təşkilatları Ermənistanı dövlət səviyyəsində belə tədbirlərin keçirilməsini etibar etməli deyil, ermənilərin mənəvi-psixoloji vəziyyəti beynəlxalq yarışları və turnirləri təşkil etməyə imkan vermir.
Düşünürəm ki, beynəlxalq idman yarışlarının Ermənistanda təşkilinə və keçirilməsinə uzunmüddətli qadağalar tətbiq edilməlidir”, - deyə Ə.Verdiyev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:37]