Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilərin “soyqırımı” şənlikləri

Ermənilərin “soyqırımı” şənlikləri

Bakı, 25 aprel, AZƏRTAC

Bu il Ermənistanın 24 aprel “şənlikləri” xüsusilə yüksək əhvalı-ruhiyyədə keçir. Bəli, səhv demədim, məhz “şənliklər”. Yüz il ərzində qondarma soyqırımı mifinin ağıla gələn və gəlməyən ən iyrənc üsullarla təbliği dünyanın dörd bir tərəfində yaşayan erməniləri elə inandırıb ki, artıq “soyqırımı” ifadəsi dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir ermənini həyəcanlandırır. Hər il anım tədbirlərinin təşkil olunduğu ölkələrdən hansındasa çıxış edənlərin nitqində “soyqırımı” sözünün ifadə edilməməsi onları məyus edir, bu möcüzəli sözün səsləndirilməsi isə onları ehtizaza gətirir, ermənilərə sonsuz sevinc və məmnunluq hissi yaşadır. Normal insan psixikasına zidd olan bu davranış siyasət dünyası tərəfindən məharətlə ermənilərin özünə qarşı istifadə olunur. “Soyqırımı” sözünü səsləndirmək müqabilində istənilən xəyanətə və alçaqlığa gedə biləcəklərindən əmin olan xarici siyasi dairələr öz geosiyasi maraqlarını təmin etmək üçün elə 100 ildir ki, erməniləri alət kimi istifadə edirlər. Onları zaman-zaman dünyanın bu bölgəsində “əlaltı”, “casus” “forpost”, “kiçik bacı” və sair kimi çox müxtəlif rollarda istifadə edən bütün güc mərkəzləri növbə ilə özlərinin regiondakı maraqlarını təmin ediblər, amma erməni xalqına bu sözü səsləndirməkdən başqa heç vaxt heç nə verməyiblər. Doğrudur, bircə dəfə 1918-ci ildə 9000 kv.km ərazidə onlara dövlətçilik bəxşiş edib və daha sonra onun 3 dəfə böyüdülməsinə nail olublar. Amma Azərbaycandan qoparıb ermənilərə hədiyyə etdikləri “müstəqil dövlət” də 100 il keçməsinə baxmayaraq, hələ də Qərblə Şərq, Şimalla Cənub arasında heç bir statusu və strateji çəkisi olmayan kvazi-dövlət şəklində mövcuddur. Özlərinə vətən və dövlət qurmaq istədikləri bölgənin əzəli sahibləri ilə dialoq və barış axtarmaq əvəzinə dünyanın böyük güclərinin çəkmələrini yalamağa hazır olan ermənilər dünyada “soyqırımı qurbanı” sayılmaqdan, “cəfakeş xalq” adlandırılmaqdan və bu kimi epitetlərlə alçalmaqdan ləzzət alan yeganə xalqdır. Ona görə ermənilərin saxta soyqırımı qurbanlarının saxta anım tarixini şənlik kimi qeyd etməsi də təbii qarşılanmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

Deputat qeyd edib ki, builki “soyqırımı” şənlikləri ermənilər üçün əsil toy-bayrama çevrilib. Onillərlə xəyallarında Amerika prezidentinin dilindən soyqırımı ifadəsini eşitmək arzusu ilə yaşayan, çarpışan ermənilər bu gün Cozef Baydenin anım münasibətilə səsləndirdiyi çıxışla çoxillik arzularına qovuşdular. Bu gün dünya erməniliyi tarixində ən xoşbəxt günlərdən biridir. Bu dəfə şəxsən ABŞ prezidentinin dilindən onların əcdadlarının “soyqırımı qurbanları” adlandırılması ermənilərin 100 illik psevdo-dövlətçilik tarixinin ən böyük uğurudur. Bütün dünya erməniliyi sonsuz sevinc içindədir. Bir neçə gün keçəcək, eyforiya öləziyəcək və Baydenin soyqırımı ifadəsini işlətməsinin də ermənilərin həyatını dəyişmədiyini dərk etdikcə onlar bunun da gələcək məkrli planları üçün işə yaramadığına əmin olacaqlar. Və yeni bir məyusluq dünya erməniliyini beləcə matəm içində yeni onilliklərə aparacaq.

“Ermənilər nəyə nail olmaq istəyirlər, biz bilirik. Amma onlar bilmirlər ki, miflər üzərində qurulan hər bir hekayənin bir gün həqiqət qarşısında faş olub puça dönməsi labüddür. Qarabağ macəraçılığında olduğu kimi. Və bunun xəbərdarlığını elə dünən BMT Baş katibinin sözçüsü Stefan Dücarrik verib. Soyqırımlarının Qarşısının Alınması üzrə BMT ofisinin veb-saytında “soyqırımı” terminin izahında erməni adının niyə çəkilməməsi haqqında verilmiş sualı cavablandırarkən Stefan Dücarrik deyib ki, “...soyqırımı aktı BMT tərəfindən yox, müvafiq məhkəmə orqanı tərəfindən təsbit olunmalıdır...”. Məhkəməyə müraciət etmək isə dünya miqyasında uydurulmuş ən böyük yalanın ifşası və 100 il ərzində ermənilərin uydurduğu saxta hekayələrin acı sonluğu olacaq. Bunu ermənilər də yaxşı bilir”, - deyə C.Feyziyev vurğulayıb.

Onun sözlərinə görə, Bayden də bunu bilməmiş deyil. Bəs niyə “soyqırımı” dedi? Baydenin dilindən “soyqırımı” ifadəsini eşidib eyforiyaya uğrayan ermənilər bu sualı özlərinə verib cavab tapmağa səy göstərməyəcəklər, çünki onlar artıq xoşbəxtdirlər. Amma Baydenin niyə bu kəlməni işlətməsi yenə də ermənilərin xeyrinə deyil. Belə ki, 44 günlük müharibə bölgədəki vəziyyəti kökündən dəyişib. Azərbaycanın öz gücünə beynəlxalq ədaləti bərpa etməsi, Türkiyənin regionda çəkisinin və iştirakının artması, Rusiyanın yeni reallıqlara tolerant münasibəti bölgə dövlətləri üçün qarşılıqlı əməkdaşlıqdan başqa heç bir seçim qoymur. Qarşılıqlı əməkdaşlıq isə bütövlükdə dünyanın bu hissəsində bölgədaxili ziddiyyətləri istisna edir və belə bir vəziyyət bütün bölgə ölkələrini, hətta Ermənistanın az-çox praqmatik dairələrini və xüsusilə, dilənçilik səviyyəsində yaşayan əhalisini də tamamilə qane edir. 44 günlük müharibədən sonra Türkiyə və Azərbaycan tərəfindən irəli sürülən 6 tərəfli əməkdaşlıq layihəsi və hər iki ölkənin Ermənistanla münaqişə səhifəsini qapatmaq və əməkdaşlıq etmək təklifi Ermənistanı bu əməkdaşlığın ən böyük benefisiarına çevirmiş olur. Belə bir əməkdaşlığın baş tutacağı halda bölgəyə kənardan müdaxilə imkanları maksimum dərəcədə məhdudlaşır və bu da regionda maraqları olan böyük güc sahiblərini, o cümlədən ABŞ-ı qane etmir. Ona görə böyük güclər bölgədə sabitliyi və sülhü yox, daimi gərginliyi dəstəkləməkdə maraqlıdırlar. Baydenin “soyqırımı” sözünü tələffüz etməsi də məhz mümkün bölgədaxili əməkdaşlığın qarşısını almağa, bölgəni daim özlərindən asılı vəziyyətdə saxlamağa xidmət edir.

“Digər tərəfdən, ABŞ-ın hegemonluq iddiası o qədər amansızdır ki, Bayden hətta okeanın digər tərəfindəki bir çox strateji müttəfiqlərinin Cənubi Qafqazda sülhün və sabitliyin bərpasında maraqlı olduğunu belə nəzərə almadan bu addımı atıb. Trampın prezidentlik tarixçəsindən gördüyümüz kimi, ABŞ tərəfindən Avropadakı müttəfiqlərinin maraqlarını nəzərə almadan atılan belə addımlar isə Transatlantik müttəfiqliyin özünü də sarsıtmağa qadirdir. Amma hər bir Amerika prezidentinin, o cümlədən Cozef Baydenin öz seçicilərinə verdiyi vədlər də var. Görünür, respublikaçılarla rəqabətdə daxili siyasi partiya maraqlarının qorunması demokrat lider üçün xarici müttəfiqlərin maraqlarından daha önəmlidir”, - deyə deputat əlavə edib.

ABŞ prezidentindən fərqli olaraq, çoxsaylı beynəlxalq təşkilatların, o cümlədən BMT Baş katibi Antonio Quttereşin partiyası yoxdur və onların siyasi karyerası seçicilərin verəcəyi səslərdən asılı deyil. Ona görə də ABŞ prezidentinin 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırmasına rəğmən bu günədək heç bir beynəlxalq təşkilat bu hadisələrin əsil mahiyyətini təhrif etməyə meyil göstərməyib.

Bütün bunların Ermənistan siyasi dairələrində anlaşılması qeyri-mümkün görünür. Çünki ermənilər hələlik “soyqırımı” şənliklərindədirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib