ERMƏNİSTAN BEYNƏLXALQ TƏŞKİLATLARIN QƏRARLARINA MƏHƏL QOYMUR
Beynəlxalq hüququn bütün ölkələrə şamil edildiyini vurğulayan Prezident demişdir ki, dövlətlərin hamısı Birləşmiş Millətlər Təşkilatının üzvləridir və BMT dünyanın bir nömrəli təşkilatıdır. Bu təşkilatın Ermənistan-Azərbaycan münaqişəsinə dair 4 qətnaməsi vardır. Orada açıq-aşkar deyilir ki, işğalçı silahlı qüvvələr zəbt olunmuş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Avropa Şurasının qəbul etdiyi qətnamədə Ermənistan təcavüzkar dövlət kimi tanınır. GUAM təşkilatı dondurulmuş münaqişələrə dair bəyanat qəbul etmişdir. İqtisadi Əməkdaşlıq Təşkilatının da müvafiq qətnaməsi vardır. Ancaq Ermənistan heç bir beynəlxalq təşkilatın qərarına məhəl qoymur. Belə olan halda, biz bütövlükdə beynəlxalq tənzimləmə mexanizmlərinə artıq ümidsizliklə yanaşırıq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:33]
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
- 13.10.2026 [16:47]
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
- 13.10.2026 [16:44]
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
- 13.10.2026 [14:02]