Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətinə rəğmən, təxribatlarını davam etdirir - ŞƏRH

Ermənistan İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətinə rəğmən, təxribatlarını davam etdirir -  ŞƏRH

Bakı, 1 sentyabr, AZƏRTAC

Bölgədə vəziyyət yenə gərgindir. Azərbaycanın bölgədə sülh və sabitlik istəməsinə baxmayaraq, Ermənistan hakimiyyəti və Qarabağ separatçıları, o cümlədən onların dünyadakı havadarları gərginliyi artırmaq üçün əllərindən gələni edirlər. Ermənistan İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətinə rəğmən, təxribatlarını davam etdirir.

Ermənistanın baş naziri Nikol Paşinyan odla oynayır, bir tərəfdən Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, o biri tərəfdən dediyinin sənəddə əks olunmasını ləngidir. Azərbaycan Prezidenti İlham Əliyev Nikol Paşinyanın sülh sazişinə imza atmasının vacibliyini bir neçə dəfə söyləyib. Bütün problemlərin kökündə məhz Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan yayınması dayanır. Bu olmazsa, sərhədlərin müəyyənləşməsi də uzanacaq. Əslində qonşu dövlətlə münasibətlərin normallaşmaması daha çox Ermənistanı narahat etməlidir. Prezident İlham Əliyev açıq deyib: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və bunu rəsmi şəkildə bəyan edəcək”. Sən Qarabağı Azərbaycan ərazisi kimi tanımırsansa, mən Qərbi Zəngəzuru niyə Ermənistan ərazisi kimi tanımalıyam? Bu, beynəlxalq aləmə və ermənipərəst mərkəzlərə də mesajımızdır ki, bölgədə həqiqətən sülh və sabitlik istəyirsinizsə, Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa vadar edin! Təəssüf ki, beynəlxalq aləmdə bəziləri hələ də ermənilərin “kaprizlərini” səsləndirməyə üstünlük verir. Bu, o mərkəzlərdir ki, Azərbaycan torpaqlarının 30 il müddətində işğalına göz yumdular, həqiqəti söyləməkdən çəkindilər, susmağa üstünlük verdilər, ancaq elə ki, işğala son qoyuldu və Azərbaycan Qarabağı ram etməyə başladı, onlar “fəallaşdılar” və anti-Azərbaycan siyasətlərini gizlədə bilmədilər. Bunun da məşhur adı var: İkili standartlar!

Bu fikirlər Milli Məclis sədrinin müavini Adil Əliyevin “Gücümüz birlikdədir!” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Fransanın siyasəti göz qarşısındadır. Bu dövlət keçmiş illərdə də işğalçı Ermənistana rəğbətini gizlətmirdi, ancaq heç olmazsa, müəyyən qədər balans görüntüsü yaratmağa çalışırdı. Emmanuel Makronun prezident seçilməsi ilə “balansı” tamamən unutdular, Fransa İkinci Qarabağ müharibəsində və ondan sonrakı dönəmdə tamamən Ermənistanın tərəfinə keçdi. Makronun birtərəfli açıqlamaları, bir qrup Fransa şəhərinin merinin Laçın yolunun başlanğıcına gələrək təxribatçı açıqlamalar verməsi Azərbaycanda separatizmi təşviq edən addımlardır. Özü də bunu o ölkə edir ki, tarixi qara səhifələrlə doludur, bu günlərdə Afrika ölkələrində ard-arda baş verən çevrilişlər Parisə verilən dərsdir.

Belələri ABŞ Konqresində də var. Bir qrup ermənipərəst konqresmen də son zamanlar “fəallaşıb”, Azərbaycan əleyhinə açıqlamalar verir, Ermənistana nümayəndələrini göndərirlər. Ancaq Fransadan fərqli olaraq ABŞ-ın rəsmi dairələri Azərbaycanın bölgədəki rolunu və əhəmiyyətini anladıqlarından hər iki tərəflə bərabər məsafəni qorumağa çalışırlar. Bu, səbəbsiz deyil. Birincisi, Vaşinqton Azərbaycanla təhlükəsizlik və enerji əməkdaşlığına əhəmiyyət verir. Azərbaycan son illər Avropanın enerji təchizatında əhəmiyyətli mövqeyə sahibdir. Bu, Rusiya-Ukrayna müharibəsi fonunda həm Avropa İttifaqının, həm də ABŞ-ın maraqlarına cavab verir. Digər tərəfdən, Vaşinqton Azərbaycanın Ukraynaya humanitar yardımını da görür və qiymətləndirir. Halbuki, həmin ermənipərəst konqresmenlər bir sualımıza cavab versinlər: Sizin də müdafiə etdiyiniz Ukrayna üçün Azərbaycanın etdiklərinin hansı birini Ermənistan Ukrayna üçün edib?

Buna baxmayaraq, Ermənistan və erməni lobbisi beynəlxalq aləmdə Azərbaycana qarşı təzyiq alətlərini işə salmaq üçün bütün imkanlarını səfərbər ediblər. Bu təzyiqin nəticəsiz qaldığı BMT Təhlükəsizlik Şurasının müzakirələrində bir daha ortaya çıxdı. Dünyada Azərbaycanın da dostları artıb. Ermənistan rəsmiləri və onların dünyadakı havadarları Qarabağdakı ermənilərin “ərzaq problemlərindən” danışdıqları halda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə bölgədə yaşayan ermənilər üçün nəzərdə tutulan 40 ton un məmulatının qəbuluna mane olurlar. Məntiqlə un məhsullarına ehtiyacınız varsa, həmin unu qəbul etməlisiniz. Ancaq Ermənistan hakimiyyəti və separatçılar tutduqlarını buraxmır və məhz Laçın yolunun açılmasını tələb edirlər. Bu, mümkün deyil. İşğal dövründə Laçın yolundan bildikləri kimi istifadə etdilər, silah daşıdılar, yollara minalar döşədilər. Azərbaycan Ordusu buna son qoydu və Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi quruldu. Hazırda Qarabağ erməniləri həmin yoldan istifadə edir və sərhəd-keçid məntəqəsində Azərbaycan sərhədçilərinin yoxlamasından keçməyə alışırlar. Bu, yalnız separatçıların maraqlarına cavab vermir. Çünki əli qana batanlar sərhəd-keçid məntəqəsindən istifadə edib Azərbaycanı tərk edə bilməyəcəklər, necə ki, indi bəziləri Ermənistana keçmək istəyərkən sərhəddə yaxalanırlar. Başqa cür olması da mümkün deyil. Mülki insanları öldürən, qətliamlarda iştirak edən erməni canilərin həbsi və ədalət məhkəməsi qarşısında cavab vermələri qaçılmazdır. O ki, qaldı Laçın yolunun açılmasına, bu haqda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin tutarlı açıqlaması var: “Ağdam-Xankəndi yolu açıldıqdan 24 saat sonra Laçın yolu açılacaq”.

Qarabağ erməniləri seçim etməlidirlər. Onlar ya Azərbaycan qanunları ilə yaşamağı qəbul etməli, ya da Azərbaycanı tərk etməlidirlər. Bunu “etnik təmizləmə” kimi qələmə verənlər yanılırlar. Ermənipərəst Fransada və ya başqa ölkədə kimsə desə ki, “mən bu ölkənin qanunları ilə yaşamaq və pasportunu daşımaq istəmirəm”, həmin anda onu ölkədən deportasiya edərlər. Eyni hüquqa Azərbaycan da malikdir.

Qarabağın işğaldan azad olunmayan hissəsində xaos hökm sürür. Separatçıların lideri istefa verib, onun yerinə bir başqası “təyin olunub”. Bu, onları xilas etməyəcək. Onların yeganə alternativləri tərk-silah olunmaq və Azərbaycanın şərtlərini qəbul etməkdir. Qarabağın erməni icması Bakı ilə dialoqdan və Ağdam-Xankəndi yolunu açmaqdan imtina edərsə, Azərbaycan Ordusunun bölgədə qayda-qanun yaratması aktuallaşacaq. Ermənistan hakimiyyətinin azca məntiqi qalıbsa, Qarabağ separatçılarına bunu məsləhət görməlidirlər. Ancaq görünən odur ki, Ermənistan hakimiyyəti sərhəddə təxribatlara üstünlük verməklə gərginliyi daha da artırmaq yolunu tutub. Yəqin Ermənistanda hesab edirlər ki, sərhəddə təxribatlar vasitəsilə Azərbaycanı Qarabağda qayda-qanun yaratmaqdan yayındıra biləcəklər. Bu “hiylə” də keçməyəcək. Azərbaycan Ordusunun gücü həm sərhəddə üstünlüyümüzü davam etdirməyə, həm də Qarabağda separatizmin kökünü kəsməyə yetərlidir. Qarabağın kommunikasiya xətləri Azərbaycan Ordusunun nəzarətindədir. Bunu da unutmasınlar. Həmin kommunikasiya xətləri işğal dövründə qanunsuz çəkilib. İşğal altındakı Sərsəng su anbarı da diqqətimizdədir. Erməni separatçıları işğal dövründə ümumi su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarında ekoloji fəlakət yaradıblar. Avropa Şurası Parlament Assambleyasının Sərsəng su anbarı ilə bağlı müvafiq qətnaməsi də Azərbaycanın Sərsəng su anbarının idarəetməsini nəzarətə götürmək üçün zəmin yaradır.

Güc birlikdədir! Prezident İlham Əliyevin xarici və daxili siyasəti sayəsində Azərbaycan böyük gücə sahibdir, birliyimizi də qoruyuruq. Bu, bizə istədiyimiz və hədəflədiyimiz vəzifəni yerinə yetirmək üçün kifayətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək