Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan nə qədər muzdlu toplasa da, Azərbaycan Ordusu qarşısında davam gətirə bilməyəcək

Ermənistan nə qədər muzdlu toplasa da, Azərbaycan Ordusu qarşısında davam gətirə bilməyəcək

Bakı, 8 noyabr, AZƏRTAC

Qırx gündən artıqdır davam edən müharibədə xalqımız, demək olar ki, hər gün qələbə müjdəli xəbərlər eşidir. Bu müddət ərzində 250-yə yaxın yaşayış məntəqəmiz, strateji əhəmiyyətli yüksəkliklər, 4 şəhər düşməndən azad edilib. Ermənistan ordusu hər gün xeyli sayda canlı və ağır texnika sarıdan itki verərək geri çəkilir. Artıq işğalçı ölkənin gəncləri cəbhə bölgəsinə getməkdən açıq şəkildə imtina edirlər. Ermənistan başladığı müharibədə bütün resurslarla bərabər, ordunun canlı qüvvəsini də əhəmiyyətli dərəcədə itirib və ciddi hərbçi qıtlığı ilə üzləşib. Ölkədə yaranmış kütləvi fərarilik və vətəndaş itaətsizliyi işğalçı ölkəni muzdlu döyüşçü toplamaq kimi beynəlxalq hüquq normalarına zidd vasitələrə əl atmağa vadar edib.

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov bildirib.

K.Seyidov deyib ki, beynəlxalq hüququn normalarına görə, xarici ölkə vətəndaşlarının başqa ölkələrdə muzd qarşılığında döyüşlərə cəlb olunması cinayətdir. Bu cinayətin ortaqları təkcə muzdlular və Ermənistan dövləti yox, həm də vətəndaşları muzdlu qismində döyüşən ölkələrin hüquq-mühafizə orqanlarıdır. Faktlar da təsdiqləyir ki, işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi ilə yanaşı, hüquq-mühafizə orqanları da öz vətəndaşlarının cinayətkar əməllərinə görə məsuliyyət daşıyırlar. Bununla yanaşı, muzdlu döyüşçülərin vətəndaşı olduğu həmin ölkələrin də belə cinayətlərə göz yummasına, şüurlu şəkildə şərait yaradılmasına görə cinayət məsuliyyəti daşıyırlar. Bununla yanaşı, sosial şəbəkələr üzərindən dəvət çağırışları edən, ödəniş şərtlərini açıq yazan, əlaqə vasitələrini aydın şəkildə paylaşan diaspor nümayəndələri də beynəlxalq hüquq norma və prinsiplərinə hörmətsizlik edirlər.

Ermənistan ordusu nə qədər muzdlu toplasa da, müzəffər Azərbaycan Ordusu qarşısında davam gətirə bilmir. Artıq düşmən diz çökmək üzrədir. Bunu erməni hərbi ekspertləri də təsdiqləyirlər. 2016-cı ildən başlayaraq Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edir. Bütün bunlardan sonra düşmən tərəfi hər hansı başıpozuq muzdlu dəstələrlə, terrorçu qruplarla və qanunsuz silahlı birləşmələrlə də Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcək. Azərbaycan haqq savaşını tezliklə zəfərlə başa vuracaq və Ermənistan bu kimi qanunsuz əməllərinə, hərbi cinayətlərinə görə cavab verməli olacaq.

İşğalçı ölkənin qeyri-ciddi, faşizm ideologiyasına sədaqətini ört-basdır edə bilməyən baş nazir Nikol Paşinyan məğlubiyyətinin günahını guya Azərbaycan Ordusunda muzdluların olması ilə kompensasiya etmək istəyir. Ancaq bu gün dünya ictimaiyyətinə də bəllidir ki, muzdlu döyüşçülərə Azərbaycanın yox, Ermənistanın ehtiyacı var. Bunu faktlar da təsdiqləyir. Artıq hər kəsə bəllidir ki, Livan ermənilərinin bir qismi Ermənistana üz tutub və onlar Dağlıq Qarabağda qanunsuz şəkildə məskunlaşdırılıb. Onların arasında döyüşlərdə iştirak edənlərin sayı çoxdur. Məlumdur ki, erməni terrorçuları Livanda yuva salıb. Digər ölkələrdən gəlmiş muzdlular da Ermənistan ordusunun tərkibində Azərbaycan qarşı vuruşurlar. Bunu dünyanın aparıcı kütləvi informasiya vasitələri də təsdiqləyir.

Rusiyanın aparıcı nəşri olan “Kommersant” bu ölkədəki erməni diasporunun üzvlərindən muzdlu döyüşçülərə təlim keçmək üçün Ermənistana yollanan Vahan adlı şəxslə müsahibə dərc edib. “Reuters” Ermənistan Müdafiə Nazirliyi rəsmisinə istinadən qeyd edir ki, aktiv hərbi əməliyyatlar başlayandan indiyədək ABŞ-dan Argentinaya qədər onlarla xarici ölkədən diaspor xətti ilə yüzlərlə muzdlu Qarabağa gəlib. Fransanın “Liberation” qəzeti isə ASALA terror təşkilatının üzvü olan 64 yaşlı Fransa vətəndaşı Gilbert Minasyanın cinayətkar qruplaşmasını da özü ilə birgə Qarabağa aparması barədə yazı dərc edib.

27 ildən sonra müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binaya baxış zamanı daha bir faktın üstü açıldı. Əldə edilmiş bir sıra sənədli materiallar araşdırılarkən, onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib. Həmin siyahıda adları olan əcnəbi vətəndaşların muzdlu döyüşçü kimi Ermənistan ordusunun tərkibində Azərbaycana qarşı vuruşduğu müəyyən olunmuşdur. O da bəlli olub ki, siyahıda adları qeyd olunmuş 19 ailədən ibarət olan 60 suriyalı erməni işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb. Belə məskunlaşma beynəlxalq hüquq norma və prinsiplərinə tamamilə ziddir. Beyrutda baş verən partlayışdan sonra Azərbaycan da daxil olmaqla dünya ölkələri bu faciənin nəticələrinin aradan qaldırılması məqsədilə Livana humanitar yardım göstərib. Ancaq Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edərək terrorçuları Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırmaqla məşğul olub və onlardan muzdlu kimi istifadə edib. Göründüyü kimi, Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını bir daha nümayiş etdirdi.

Azərbaycan Ordusunun muzdlulara ehtiyacı yoxdur. Bu gün ölkəmizin 100 min hərbçisi olan nizami ordusu var. Dövlətimizin başçısı dünyanın aparıcı televiziya kanallarına və digər kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində də qəti şəkildə bildirdi ki, Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Dünyanın 50 ən güclü ordusu sırasında olan Azərbaycan Silahlı Qüvvələri düşmən tapdağı altında olan ərazilərimizi öz gücü ilə azad etməyə qadirdir və bunu sona qədər davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb