ERMƏNİSTAN ORDUSUNDA QARŞIDURMALAR SƏNGİMİR
Bakı, 17 sentyabr (AZƏRTAC). Ermənistan ordusunda qarşıdurmalar səngimir. Ölkənin müdafiə naziri Seyran Ohanyanın orduda son günlər baş verən özbaşınalıqların araşdırılacağına dair vədinə baxmayaraq, hərbi hissələrdə xoşagəlməz hadisələrin sayı artır.
Sonuncu belə qalmaqallı hadisə barədə “youtube.com” saytında da videoçarx yerləşdirilmişdir. Bu videoçarx Ermənistan ictimaiyyəti arasında böyük narahatlığa səbəb olmuşdur. Videoçarxda Ermənistanın silahlı qüvvələri zabitlərinin sıravi əsgərlərin ləyaqətini alçaltdığı, onlara zor tətbiq etmələri açıq-aydın göstərilir.
“Armenia today” saytının yaydığı məlumata görə, Ermənistanın Müdafiə Nazirliyi videoçarxın olmadığını iddia edir. Lakin nazirlik elə bu açıqlamasını özü də təkzib edərək, əsgərlərə işgəncə verən zabitin şəxsiyyətinin artıq müəyyənləşdirildiyini bildirmişdir. Məlum olmuşdur ki, bu zabit “Exnikner” taburunun komandir müavini, silahlı qüvvələrin mayorudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [21:17]
Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir
- 02.11.2026 [19:07]
Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir
- 02.11.2026 [19:03]