Ermənistanda 711 nəfər koronavirusdan ölüb
Tbilisi, 27 iyul, AZƏRTAC
Ermənistanda koronavirusa yoluxanların sayı 37 min 390 nəfərə çatıb. Onlardan 73 nəfəri son sutka ərzində yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan səhiyyə nazirliyinin xəstəliklərə nəzarət və profilaktikası milli mərkəzi məlumat yayıb.
Bildirilib ki, ölkədə pandemiya qurbanlarının sayı da artaraq 711 nəfərə çatıb. Onların da 6-sı son sutka ərzində ölüb.
Hazırda Ermənistanda 9 min 793 aktiv koronavirus xəstəsi var.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]