Ermənistanda koronavirusa yoluxanların sayı 45 min 675 nəfərə çatıb
Tbilisi, 12 sentyabr, AZƏRTAC
Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 45 min 675 nəfərə çatıb. Onların da 172-si son sutka ərzində koronavirusa yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan səhiyyə nazirliyinin xəstəliklərə nəzarət və onların profilaktikası Mili Mərkəzi məlumat yayıb.
Pandemiya qurbanlarının sayı isə 911-ə çatıb və onların da 2-si son 24 saat ərzində ölüb.
Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı isə 281-dir.
Hazırda ölkədə 2878 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]