Ermənistanda prezidentliyə namizədi güllələyiblər
Bakı, 1 fevral (AZƏRTAC). Ermənistanda prezidentliyə namizəd güllələnmişdir. Bu, ölkədəki vəziyyətin daha da gərginləşməsinə səbəb olmuşdur.
“Regnum.ru” saytının yaydığı məlumata görə Yerevanda gecə saatlarında prezidentliyə namizədlərdən biri,- “Milli müqəddəratını təyin etmə” birliyinin rəhbəri Paruyr Hayrikyana sui-qəsd olmuşdur. İnsident Yerevanın mərkəzində, P.Hayrikyanın evə getdiyi zaman baş vermişdir. Hazırda xəstəxanada olan prezidentliyə namizədin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Faktla bağlı cinayət işi başlanmışdır. “Armenia to day” saytının yaydığı məlumata əsasən, “Qnçakyan” sosial-demokratik partiyasının lideri, Erməni milli konqresinin parlament fraksiyasının deputatı Lyudmila Sarkisyan bildirmişdir ki, ölkədə hökm sürən cəzasızlıq yeni cinayətlər yaradır və bu gün Ermənistanda heç kəs belə hadisələrdən sığortalanmayıb, xüsusi ilə də prezidentliyə namizədlər.
Prezidentliyə digər namizəd, “İrs” partiyasının lideri Raffi Ovannisyan bu hadisəni Ermənistan dövlətçiliyinə qarşı sui-qəsd kimi dəyərləndirmişdir. Hər halda bu olay Ermənistanda prezident kampaniyasına böyük bir ləkədir.
Xəstəxanada zərər çəkmişi ziyarət edən parlament spikeri Ovik Abramyan bildirmişdir ki, bu hadisə səbəbindən prezident seçkiləri başqa vaxta keçirilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]
Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir
- 18.09.2026 [13:55]