ERMƏNİSTANDA QİDA ZƏHƏRLƏNMƏLƏRİNİN SAYI XEYLİ ARTMIŞDIR
Bakı, 20 avqust (AZƏRTAC). Ermənistanda qida zəhərlənmələrinin sayı xeyli artmışdır. Təkcə son iki gündə ölkənin ərazisində 70-dək belə fakt qeydə alınmışdır.
Bu barədə Ermənistanın rəsmi informasiya agentliyi - “Armenia today” xəbər verir.
Ermənilərin Axuryan adlandırdığı Düzkənd rayon xəstəxanasından polisə 3 uşağın zəhərlənməsi ilə bağlı məlumat daxil olunmuşdur. Tibbi ekspertiza zamanı aydın olmuşdur ki, onlar tərkibində siçan zəhəri olan çörək yemişlər. Elə həmin gün eyni halla daha 10 uşaq ayrı-ayrı xəstəxanalara yerləşdirilmişdir.
Qida zəhərlənməsi ilə bağlı digər bir fakt isə Yerevanda qeydə alınmışdır. “Qeqam” restoranında 41 turist yeməkdən zəhərlənmişdir. Turistlərin hamısı xəstəxanaya yerləşdirilmişdir. Onlardan 21 nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir.
Rəsmi statistikada göstərilir ki, ölkədə hər ay yüzlərlə insan qida zəhərlənməsinə məruz qalır. Bu da Ermənsitanda satışda olan məhsulların keyfiyyətinə nəzarətin olmamasından irəli gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]
Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir
- 18.09.2026 [13:55]