Ermənistanda təhsil, səhiyyə yox dərəcəsindədir
Bakı, 18 fevral (AZƏRTAC). Ermənistanda fəaliyyət göstərən Policy Forum Armenia (PFA) təşkilatı ölkədəki iqtisadi vəziyyət haqqında hesabat hazırlayaraq beynəlxalq təşkilatlara və xarici dövlətlərdəki erməni diaspor təşkilatlarına göndərərək yardım istəmişdir.
Hesabatda deyilir ki, Ermənistan hakimiyyəti fəaliyyətə başladığı vaxtdan bu günədək heç bir iqtisadi tədbir həyata keçirməmişdir. Dünyanı bürüyən iqtisadi böhran Ermənistan kimi zəif dövlətlərə daha pis təsir edir. Çünki ölkədə heç bir istehsal olmadığına görə zəruri ərzaq malları xaricdən ixrac olunur. Böhranla əlaqədar olaraq qiymətlər gündən-günə yüksəlir və Ermənistan onsuz da az olan büdcəsindən artıq pul xərcləmək məcburiyyətində qalır. Ermənistan hakimiyyətini mənəviyyatsızlıqda günahlandıran hesabat müəllifləri bildirirlər ki, ölkədə legitim hakimiyyət formalaşmayınca vəziyyət daha da acınacaqlı olacaqdır.
Ölkədə kəskin sosial və demoqrafik problemlər yaşanır. Bunun müqabilində isə hakimiyyət özünü elə aparır ki, sanki Ermənistanda hər şey öz qaydasındadır. Təcili tədbirlər görülməsə üç ildən sonra ölkədə adam tapmaq çox çətin olacaqdır.
Hesabatda vurğulanır ki, Ermənistanda təhsil, səhiyyə yox dərəcəsindədir. Ölkənin milli təhlükəsizliyi heç kimi düşündürmür. Bazar iqtisadiyyatından və demokratiyadan danışmaq isə sadəcə olaraq insanlarda gülüş doğurur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]
Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir
- 18.09.2026 [13:55]